İzahlı lüğət

YIĞNAQ

is. 1. Yığıncaq; yığılmış, toplanmış adamlar və s.; qələbəlik, tünlük. Bu nə yığnaqdır? - Yaşardı orada qaçaq yığnağı; Olardı dövlətə açıq bir yağı.. H.K.Sanılı. □ Yığnaq eləmək (etmək) - yığılıb danışmaq, məsləhətləşmək. Çağır Kükümlə Muxtarı; Otağa, yığnaq eləyək! Aşıq Ələsgər. Yığnaq salmaq kin. - toplaşmaq, yığışmaq. Gündə bir qapıya salırlar yığnaq. Q.Zakir. // Bir yerə yığılmış, toplanmış şeylər. Keçibdir beş yüzü dərədə yığnaq; Toplanmış imperyal bir dolu çanaq. H.K.Sanılı.
2. Qonaqlıq, məclis. Xeyrin olsun, hər kəs yığnağındadır; Onlar ilə zövqü işrət eylərsən. M.V.Vidadi. [Divanbəyi:] Xub, o şeytan yığnağına rast gələn uşaqları mənə göstərin. M.F.Axundzadə. Düşəndə məclisə, ağır yığnağa; Mənə hörmət qoyur irəncbər, ağa. Aşıq Ələsgər.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed