İzahlı lüğət

YÜKLƏMƏK

f 1. Yük vurmaq, yük qoymaq, yüklə doldurmaq. Vaqonu (gəmini, maşını) yükləmək. - Körpünün sol tərəfində dayanmış gəmiyə taxta-şalban yükləyirdilər. M.Hüseyn. // Dalına yük vurmaq, yük çatmaq. Atı yükləmək. Dəvəni yükləmək. - [Molla] səhər tezdən durub xiyarı dərir, eşşəyə yükləyib şəhərə tərəf yola düşür. “M.N.lətif.” Mağıl keçən vaxtlar dəvə karvanları düzülürdü yola, ticarət malını yükləyirdik dəvələrə. C.Məmmədquluzadə. // Aparmaq (daşımaq) üçün vermək. [Firidun bəy:] Əlacım kəsildi, getdim, [Anna Petrovna] oradan bir neçə əskiüsgüdən alıb məni yüklədi. Ə.Haqverdiyev.
məc. Üzərinə çox iş qoymaq, çox iş tapşırmaq, vəzifəsini, işini ağırlaşdırmaq. Yazığı o qədər yükləyiblər ki, heç vaxtı qalmır.
xüs. Elektrik enerjisi vermək (bir cismə, cihaza və s.-yə). Batareyanı yükləmək. Akkumulyatoru yükləmək.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed