
YUVARLAQsif. 1. Girdə, dəyirmi, yumru. Çayın vadisini uğultu bürümüşdü. Hirsli sular iri, qara, yuvarlaq daşları yumalaya-yumalaya gətirdikcə, bir-birinə toxunub şaqqıldayırdı. İ.Şıxlı. // Dairə şəklində olan. Yuvarlaq stol. Yuvarlaq güzgü. - [Ayrım qızı] ..şişman qadın idi, kiçik qumral gözləri, ay kimi yuvarlaq üzü var idi. A.Şaiq.
2. riyaz. Kəsr deyil, tam ədədlə göstərilən. Yuvarlaq ədəd. Paylaşın - Hamı bilsin
|