
YAĞIŞis. Xırda su damlaları şəklində atmosfer yağıntısı; yağmur. Güclü yağış. Yağış yağmaq. Yağış ara vermir. - Yağışın rütubəti səqfin uçan yerindən çəkilməmişdi. C.Məmmədquluzadə. Hələ tamam qurumamış yağış gölləri; Üzərində bulud-bulud uçur milçəklər. S.Vurğun. Səlim .. yağışa düşmüş bir şəhərliyə bələdçilik etdiyini danışdı. Mir Cəlal.
□□ Yağış kimi - bolluq, çoxluq bildirir. Tökdü yağış kimi gözündən yaşı; On yeddiyə təzə çatırdı yaşı. H.K.Sanılı. Yağışdan çıxıb yağmura düşmək məc. - bir çətin vəziyyətdən və ya hadisədən qurtarıb daha çətin vəziyyətə düşmək. Paylaşın - Hamı bilsin
|