
YAĞLAMAQf . 1. Üstünə yağ sürtmək, yağ çəkmək. Çəkməsini yağlamaq. - Bəli, cəlladlar tənabları yağlayıb hazırladılar. “Koroğlu” . Yüyəni, tapqırı bütün yağladı; Qantırğaya təzə qayış bağladı.. H.K.Sanılı. Yaxşı işləmək və ya paslanmamaq üçün yağ sürtmək, yağla silmək. Tüfəngi yağlamaq. Maşını yağlamaq.
məc. dan. Rüşvət vermək. // Qılığına girməyə çalışmaq, dilə tutmaq. □□ Yağlayıb-ballamaq - yalandan tərif etmək, dilə tutmaq. Paylaşın - Hamı bilsin
|