
YAĞ-BALis. 1. Yağ və bal.
2. məc. Çox dadlı, ləzzətli şey haqqında. [Ağsaqqal kişi] şor-çörək tikəsini orduna basır, yağ-bal kimi şirin-şirin yeyirdi. Mir Cəlal. Qəzəb çəlləyinə barıt tökənə; Qələmim yağ-ballıq eləyə bilmir. M.Araz. □□ Yağ-bal içində yaşamaq - gen-bolluq içində yaşamaq, firavan həyat sürmək. Paylaşın - Hamı bilsin
|