
YAĞLANMAQf . 1. Yağ sürtülmək, üzərinə yağ çəkilmək. Maşınlar yağlanır salınır, işə. M.Rahim. Yağa batmaq, yağlı olmaq; kirlənmək. Üst-başı yağlanıb. Paltarın yaxası yağlanıb.
məc. dan. Kökəlmək, ətlənmək, piylənmək. Qovurmalıq üçün saxlanılan bir cüt erkək o qədər yağlanmışdı ki, quyruqlarını çəkib apara bilmirdi. Ə.Vəliyev. məc. dan. Pullanmaq; pullu, varlı olmaq. □□ Gün yağlanmaq məh. - Günəşin ən isti vaxtı haqqında. [Ələmdar:] Mən axşamdan dükanın qabağında, o yastı daşın üstündə öz cırıq çuxama bürünüb yatmışam, bir də gün yağlananda ayılmışam. S.Rəhimov. Gün getdikcə yağlanır, qoyun kürnəc bağlayır, köç dəhmərlənib gedirdi. Ə.Vəliyev. Paylaşın - Hamı bilsin
|