İzahlı lüğət

YAD2

bax yaddaş. □ Yad edilmək - yada salınmaq, anılmaq, xatırlanmaq. Yad etmək (eləmək) - yadına salmaq, xatirə gətirmək, anmaq. Kuyində məhrəm etdi rəqibi səfa ilə; Qəhr ilə etmədi məni həm yad, ağlaram. X.Natəvan. Hərdənbir ana dilini danışmaq ilə keçmişdəki gözəl günləri yad etməyin nə eybi var? C.Məmmədquluzadə. Yad olunmaq - xatırlanılmaq, yada salınmaq, anılmaq. Yad(ın)da saxlamaq (tutmaq) - unutmamaq, daim xatırlamaq, hafizəsində saxlamaq. Bir şair sözünü yadında saxla; Bil ki, bu dünyada hünər qalacaq. S.Vurğun. Yada düşmək - hafizədə, yaddaşda yenidən canlanmaq, xatirə gəlmək; xatırlanmaq. Ac yadına düşməz, hər kim tox olur. Q.Zakir. Fikr etdikcə cümlə bir-bir keçənləri; Yadə düşər, yanar ciyər, ağlaram. M.V.Vidadi. Bayaq fikirləşdiyim sözlərin heç biri yadıma düşmədi. M.Hüseyn. Yada gəlmək - bax yada düşmək. ..Elə bir məqam və elə bir iş yadıma gəlmir ki, müsəlman intelligentləri orada qorxaqlıq büruzə verələr. C.Məmmədquluzadə. Yada salmaq (gətirmək) - hafizədə, yaddaşda canlandırmaq, xatirə gətirmək. Keçmişi yada salmaq. - Gedirəm, gəl ötür piyada məni; Qəlbində unutma, sal yada məni. Molla Cümə. Yaddan çıxmaq - hafizədən, yaddaşdan silinmək, unudulmaq. Yadında olmaq - xatirindən çıxmamaq, yadından çıxmamaq, unudulmamaq. [Çərkəz:] ...Ay Teybə, a qızım, əriştə yadında olsun haa, axşam sizdəyəm. İ.Məlikzadə. Yadından çıxmaq hafizəsindən silinmək; unutmaq. Bilmirəm haradan danışmaq istəyirdim, yadımdan çıxdı. Məmmədquluzadə. [Mirzə:] Çox razıyam sizdən. Üç il bundan qabaq uşaqlar haqqında etdiyiniz yaxşılıq indi də mənim yadımdan çıxmır. Ə.Haqverdiyev. // Yadımdadır şəklində - yadımdan çıxmamışdır, indi də hafizəmdədir, unutmamışam. ..Bu da yadımdadır ki, tayamızın dal tərəfində itimiz yuvaya nisbət bir deşik qayırmışdı. C.Məmmədquluzadə.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed