
YARIMCANsif. 1. Ölümü yaxınlaşmış olan, ölümünə az qalmış; ölümcül. Yazıq yarımcandı, ölər, qalmaz. - Yarımcan arvad balalarından utanıb daha su istəmir. N.Nərimanov. // Zərf mənasında. Heyvanı o qədər vurdu ki, yarımcan oldu.
məc. Çox yorğun, zəif, üzgün, əldən düşmüş, ölüvay. [Hacı Mehdi:] Mən gəldim evə yarımcan. Ə.Haqverdiyev. məc. məh. Könülsüz, həvəssiz. İşini yarımcan (z.) görür. Paylaşın - Hamı bilsin
|