İzahlı lüğət

YARMAQ

f . 1. Bir şeyi zərbə ilə vurub ortadan uzununa aralamaq, bölmək, parçalamaq. Odunu yarmaq. Ağacı yarmaq. // Şaqqalamaq.
Kəsici alətlə və ya başqa bir şeylə qırıb yaralamaq. [Zeynəb acıqlı və ucadan:] Cəhənnəm olun buradan, yoxsa vallah, bu daşnan vurub başınızı yararam. C.Məmmədquluzadə. [Xaspolad:] Sapandımı görmədin? Budur bax, sabah tezdən gedərəm, gözlərəm, bayıra çıxdı, bir böyük daş ataram, baş-gözün yararam. C.Cabbarlı.
Maneəni dəf edərək yol açmaq, yarıb ortasından keçmək. Gəmi suyu yararaq irəliləyir. - Camaatı yara-yara (z.) Kərbəlayı Qubad daxil olur. U.Hacıbəyov. Dəvəçi qəbiristanlarında cümə axşamlarında olduğu kimi, camaatı yarıb keçmək mümkün deyildi. M.S.Ordubadi. [Qurban] qabağında qələbəliyi yarıb keçən arabaları .. süzdü. A. Şaiq. // Müqaviməti qıraraq irəliləmək, keçmək. Düşmənin müdafiə xəttini yarmaq. Mühasirəni yarmaq.
Müalicə ya yoxlama və ya başqa məqsədlə bədənin bir yerini kəsmək. Çibanı yarmaq. Xəstənin qarnını yarmaq. Ölünü yarmaq. Oğurluq məqsədi ilə bağlı, qapalı bir yeri sındırıb açmaq. Oğrular dükanı yarıblar. - [Xortdan:] ..Qərvənd qaydası ilə saxlansa idi, yəqin xanım mənzilini yarmazdılar. Ə.Haqverdiyev. [Qurban:] İndi Məhərrəm bəy gəlincə mən min ev yarmışdım. S.S.Axundov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed