İzahlı lüğət

YASTI

sif. 1. Səthi düz, üzərində girintiçıxıntı olmayan. Yastı tava daşı. Yastı təpə. Yastı yer. // Yatıq, batıq, basılmış kimi olan. Yastı döş. Yastı burun. - [Gülgəzin] qulaqlar ındakı iri, yastı qızıl sırğalar ağacda yarpaq kimi titrəyirdi. İ.Hüseynov.
2. Çox qalın və ya hündür olmayan; alçaq. Yastı qutu. - Alçaq, yastı və torpaq evlərdən buranın kiçik bir kənd xarabası olduğu anlaşılırdı. Ə.Məmmədxanlı. Bu dağlar yastı dağlar; Qar üstün basdı, dağlar; Üç ay toylu, bayramlı; Doqquz ay yaslı dağlar. (Bayatı).
yastı... - mürəkkəb sözlərin yastılıq mənasında olan birinci tərkib hissəsi; məs.: yastıburun, yastıdilli.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed