İzahlı lüğət

YAZ

is. İlin qış ilə yay arasında olan fəsli: bahar. Yaz gəldi. Yaz çıxdı. Yaz çiçəyi. Yaz fəsli. Yaz yağışı. Yaz şumu. - Bir gül ilə yaz olmaz. (Ata. sözü). [Qurbanəli:] Elə ki genə yaz açıldı, hamısı genə kənd işlərinə gedəcəklər. N.Nərimanov. Bu yaz başqa yazdır, bu yaz daha da xoşdur; Vay o qəlbə ki boşdur. M.Müşfiq. □ Yaz ağzı - yazın başlanğıcı. Yaz ağzı molla bazardan bir ikicanlı keçi alır ki, südü ilə uşaqlarını dolandırsın. “M.N.lətif.” Yaz başı yazın əvvəli. Bax dumana dağ başında; Dərdə düşmüş gül yaşında; Coşmuş gözlər, yaz başında; Duman ağlar, bən ağlaram! Ə.Cavad. O enən, o qalxan səslər, avazlar; Yaz başı dağların selidir, bəlkə? B.Vahabzadə. Yazdanyaza - hər ilin yazında, hər yazda.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

YA2

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed