İzahlı lüğət

YAZI-POZU

is. 1. Yazı işləri. Bunun da səbəbi odur ki, mən əhli-savadam, yazı-pozu mənim gözümə ziyan eləyibdir. C.Məmmədquluzadə. Yazıb-oxumaq bacarığı; savad. [Məhəmmədağa:] Oğlunuz burada oxuyub yazıpozu biləcəkdir. N.Nərimanov. [Şamama Cadu:] indi heç az-maz yazıdan-pozudan başın çıxırmı? Ə.Haqverdiyev. [Cavad:] Mən bir kasıb odunçuyam, yazı-pozu bilməyirəm. Talıblı.
məc. dan. Yazılmış şey; əsər, məqalə və s. Orada məni qonaq elədi və məndən soruşdu ki, yazıdan-pozudan nəyin var? Məmmədquluzadə. Bəlkə gənclərdir, azdan-çoxdan mənim yazı-pozumdan oxuyublar, həvəslənirlər? - deyə düşündüm. S.Rəhimov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed