İzahlı lüğət

YAZI1

is. 1. Yazmaq üçün tətbiq edilən qrafik işarələr sistemi; əlifba. Ərəb yazısı. Slavyan yazısı. Qot yazısı. Çin yazısı. □ Yazı ləvazimatı - yazmaq üçün lazım olan şeylər: qələm, mürəkkəb, kağız və s. Yazı masası (stolu) - yazı işləri üçün xüsusi şəkildə düzəldilmiş stol. Səlimnaz arvad yazı stolunun üstünə dağılmış xırdaca kağız parçalarına baxdı. M.Hüseyn. Yazı makinası - yazı yazmaq üçün xüsusi sistemli maşın. Yazı taxtası - üzərində təbaşirlə yazmaq üçün enli qara lövhə. - Divardakı yazı taxtasını, skamyaları, xəritəni görəndə bayaqkı kazakyenidən bağırdı: - Bu nədir? İ.Şıxlı. // Yazılmış şeyin zahiri görünüşü; xətt. Aydın yazı. Qarışıq yazı. Yazısı pis deyil.
Kağız və ya başqa material üzərində yazılmış şeylər; xətt. Şəklin altındakı yazılar. Səlim baş-başa düzülən daşların yazılarını oxumaqla Mehribana məlumat verərək əylənirdi. S.Hüseyn. // Hər hansı bir dövrə və xalqa aid yazılı abidələr. Orxon yazıları. Qədim alban yazıları. Qədim yazılar. Savad, yazı-pozu, yazma qabiliyyəti. Yazı yaza bilmir. - Nə yar yazı bilir, yazıb göndərəm; Nə deyən var o dildarə dərdimi. Q.Zakir. Yazılmış hər hansı bir şey; əsər, məqalə, mətn və s. Yazının mətnini hazırlamaq.
[Zeynalın] xüsusi yazılar və tərcümələrdən də mədaxili vardı. S.Hüseyn.
məc. Bəxt, tale mənasında. Əlimə almışam sədəfli sazı; Fələk yazdı mənə belə bir yazı! “Aşıq Qərib” . Əzəl başdan belə yazıldı yazı; Şir indi söhbəti, şirindi sazı. Qurbani.
□□ Yazı qaydaları - düzgün yazma qaydaları; orfoqrafiya.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed