
YAZILIsif. 1. Üstündə bir şey yazılmış, üstündə yazı olan. Yazılı daş. - Milis rəisi gözlərini əlindəki yazılı kağıza dikib, gərgin vəziyyətdə nə isə düşünürdü. Ə.Vəliyev.
2. Qrafik işarələr (yazı) vasitəsilə ifadə olunmuş; yazılmış. Yazılı məlumat. Yazılı imtahan. Yazılı nitq. Yazılı (z.) surətdə müraciət etmək. - Yeriyib bir nəfər əfsər; Verdi qubernata yazılı xəbər. H.K.Sanılı. Paylaşın - Hamı bilsin
|