
YETƏR1. sif. Bəs olan, kifayət edən. Bağları yetər qədər üzüm verir. Bütün ilə yetər taxılı var.
Əmr mənasında. Bəsdir, kifayətdir! Yetər, ağlama! Yetər, canım! □ Artıq yetər daha bəsdir, kifayətdir, daha lazım deyil. Xəbər mənasında. Bəs edər, çatar, kifayət olar. işlədik, yetər. Taxıl bir ilə yetər. Çörəyimiz iki günə yetər. Paylaşın - Hamı bilsin
|