
YETİŞMİŞsif 1. Dəymiş, yeməli hala gəlmiş. Yetişmiş meyvə. Yetişmiş üzüm. // işlənmək, yeyilmək, istifadə edilmək üçün hazır olan; gəlmiş. ..Pendir saxlananda onun kazeininin bir hissəsi dönüb piy və ətirli yağ olur ki, belə pendirə yetişmiş pendir deyilir. H.Zərdabi.
2. Böyümüş, büluğa çatmış. Onun yetişmiş uşaqları var. // Ərə getmək vaxtı çatmış. Sözüm buradadır ki, bu axır vaxtlarda bizim yetişmiş qızlarımıza ər tapılmır. C.Məmmədquluzadə. [Xırda xanım:] ..Özün bilirsən, şəhərimizdə bu saat yetişmiş qız çoxdur. N.Vəzirov. Paylaşın - Hamı bilsin
|