İzahlı lüğət

YETMƏK

f . 1. Bax yetişmək 3-cü mənada. Pul sənə yetdimi? Məktub sahibinə hələ də yetməmişdir. Sənə yetmək olmur. - Yetənə yetir, yetməyənə daş atır. (Ata. sözü). Yar gələr, yara yetməz; Sonalar sara yetməz; Pis gündən qurtarmağa; Ağlamaq çarə etməz. (Bayatı).
Gəlmək, keçmək, çatmaq. Demə ki, nədir bu macəralar! Səndən mənə yetdi bu bəlalər. Füzuli. // Gəlib çatmaq, yaxınlaşmaq, ardınca gəlmək. Yanvar ayı keçib getmiş; Sonra yetir fevral ayı. M.Dilbazi.
Çatmaq, kifayət etmək. Zeynal sərxoşluğundan müvazinətini saxlaya bilmədiyi üçün Mehribana gücü yetmirdi. S.Hüseyn. Toxunmaq, rastlaşmaq, dəymək. Pərvanə yaxar var-yoxunu bir oda yetsə; Razı deyiləm kim, mənə pərvanə desinlər. Qövsi. Yetər şəklində - bəsdir, kifayətdir. [Ana:] Yox, qardaşım, birini dartıb qərib vilayətə apardığın yetər, daha bunu vermərəm. S.S.Axundov. Yetər bu qədər danışdığımız. Artıq iş zamanıdır. C.Cabbarlı.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed