İzahlı lüğət

YUMRUQ

is. 1. Yumulmuş əl, əlin yumulmuş vəziyyəti. Başımı aşağı dikib durduğum halda, əlimdəki çörək qismətini yumruğumda saxlamağa başladım. A.Divanbəyoğlu. Uşaq da bu hay-küyün onunçun olduğunu duyur, balaca yumruğunu gözünə basıb ağlayırdı. Mir Cəlal. Mahmud .. yumruğu ilə kirpiyini sildi. Ə.Əbülhəsən. [Otaqda] ağzından yumruq irilikdə paslı qıfıl asılmış sandıq .. vardı. İ.Hüseynov. □ Yumruğunu düyünləmək əlini yumruq halına salmaq.
2. Bu vəziyyətdə olan əl ilə vurulan zərbə. Min acizü biçarələrin başın əzərdim; Sillə, yumruğnan. M.Ə.Sabir. Seyid yenə başladı təpəsinə yumruq endirməyə. Ə.Haqverdiyev. Bir də xanın yumruğunun zərbindən pəncərə çilik-çilik olub yerə səpildi. Çəmənzəminli. □ Yumruğa çıxmaq - yumruq davasına çıxmaq, bir-birini yumruqlamaq. Odunu olmasa hər kimsənin qış fəsli; Ağlaşar tifl, çıxar yumruğa arvad ər ilən. Molla İsmayıl. ...yumruğu altında olmaq - ...itaətində olmaq, ... zülmü altında olmaq, daim ... zülmünü görmək. Yumruq yemək - döyülmək, yumruqla vurulmaq.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed