
ZABİTis. [ər.] Ordu və donanmada komanda heyətinə mənsub şəxs. Zabit rütbəsi. Zabitlər klubu. - Axırımcı teleqraf xəbərlərindən aşkar olur ki, Trablisdə osmanlı zabiti və əsgəri tələf olubdur. C.Məmmədquluzadə. [Sona:] Ancaq bizim başımızda bir zabit getməmişdir. H.Nəzərli. Zabit papirosunu yandıraraq: - Gətirin qəhrəmanı! - dedi. R.Rza.
Paylaşın - Hamı bilsin
|