İzahlı lüğət

Z (ID - 44406)

Azərbaycan əlifbasının otuz ikinci hərfi. Bax ze.

ZABİL (ID - 44407)

is. [fars.] mus. Tarda bir pərdə. Mirzə Sadıq tarın qoluna zabilpərdəsini əlavə etmişdir. Ə.Bədəlbəyli. □ Zabil segahı Azərbaycan muğamlarından birinin adı.

ZABİT (ID - 44408)

is. [ər.] Ordu və donanmada komanda heyətinə mənsub şəxs. Zabit rütbəsi. Zabitlər klubu. - Axırımcı teleqraf xəbərlərindən aşkar olur ki, Trablisdə osmanlı zabiti və əsgəri tələf olubdur. C.Məmmədquluzadə. [Sona:] Ancaq bizim...

ZABİTƏ (ID - 44409)

is. [ər.] 1. Qayda, qanun, nizam, intizam. [Divanbəyi:] Barı bu işin şükranəsinə nizamə tabe olun, əgərçi heç nizamı və zabitəni anlamırsınız. M.F.Axundzadə.
2. Başqalarına nüfuz və təsir etmə, özünə qarşı hörmət oyandırma...

ZABİTƏLİ (ID - 44410)

sif Zabitəsi olan, nizam və intizam tələb edən, çox ciddi və tələbkar olan, nüfuz və təsir gücünə malik olan. Zabitəli adam. Zabitəli müəllim. Zabitəli müdir. - Zərrintac xanım .. dönüb zabitəli bir əda ilə Alagözü çağırdı....

ZABİTƏLİLİK (ID - 44411)

is. Zabitəli olma, zabitəli adamın xassəsi.

ZABİTƏSİZ (ID - 44412)

sif. Zabitəsi olmayan, sözü keçməyən, tələbkar olmayan. Zabitəsiz adam.

ZABİTƏSİZLİK (ID - 44413)

is. Zabitənin, ciddiyyətin, tələbkarlığın, nüfuzun olmadığı hal.

ZABİTLİK (ID - 44414)

is. [hərb.] Zabit rütbəsi. Mən zabitliyə bir adi soldat ikən nail olmuşam.
M. S.Ordubadi. [Sona:] Yaxşı, biz zabitliyə kimi təyin edək? H.Nəzərli.

ZAÇOT (ID - 44415)

[rus. 3aueT] Ali və orta ixtisas məktəblərində tələbələrin biliyini yoxlama növü. Zaçota hazırlanmaq. Zaçot almaq. Zaçot yazmaq. Zaçot sessiyası. // Belə yoxlamaların keçirildiyini təsdiq edən qeyd.

ZAD (ID - 44416)

is. [ər.] 1. Şey. Hər zad. Heç zad yoxdur. - Nə şirindir məhəbbəttək zad olmaz; Ölənədək könül ondan yad olmaz. M.V.Vidadi. Mən aşıq qan ayağı; Qan əli, qan ayağı; Aşıq bir zad görübdür; Üç başı, on ayağı. Sarı Aşıq....

ZADƏ (ID - 44417)

is. [fars.] klas. Oğul, övlad. Duruyor oxşamaya zadəsini; Sevgili, nazlı xudadadəsini. M.Hadi.
...zadə [fars.] Əsil mənası “doğulmuş, törəmiş” olub: 1) adətən isimlərə qoşularaq onların əslini, kimdən törədiyini, nəslini...

ZADƏGAN (ID - 44418)

top. [fars.] Hakim sinfin yüksək kübarlar təbəqəsi, əsilzadələr; aristokratiya. ..Bağdadda dul qadınlar və öz ərlərindən intiqam almaq istəyən zadəgan qadınların görüb istədikləri adamlarla tanış olaraq evlərinə dəvət etməsini...

ZADƏGANCASINA (ID - 44419)

zərf Zadəgan kimi, ağa kimi; ağacasına, kübarcasma.

ZADƏGANLIQ (ID - 44420)

is. 1. Əsilzadəlik, əyanlıq, kübarlıq, aristokratlıq.
2. məc. Nəciblik, alicənablıq; nəcib hərəkət.

ZAĞ1 (ID - 44421)

is. [ər. zac] kim. Bəzi metalların sulfat duzu.
ZAĞ2 is. Qılıncı, bıçağı itiləyərək verilən cila, parlaqlıq. // Ümumiyyətlə silaha verilən cila, parıltı.
ZAG3 is. [fars.] klas. Qara qarğa. [Aşıq Hüseyn:] Hüseyn düşsə...

ZAĞA (ID - 44422)

is. Heyvan yuvası, mağara. Qurd da, quş da qoy çəkilsin öz ünvanına; Bir zağa da, bir saralmış yarpaq da yurddu. M.Araz.

ZAĞAR (ID - 44423)

is. məh. Yoğun, yekəqarın.

ZAĞARA (ID - 44424)

is. Dəri papağın aşağı və yuxarı kənarı, qırağı. // Palto yaxasına qoyulan dərinin qırağı, boynu. □ Zağarası getmək (çıxmaq) - dəri papaq və ya yaxalığın kənarları yeyilib getmək. Aslan zağarası getmiş papağını...

ZAĞCA (ID - 44425)

is. zool. Qarğalar fəsiləsindən qara parlaq lələkli köçəri quş.

ZAĞÇI (ID - 44426)

is. Silahı zağla suvaran, cilalandıran usta.

ZAĞLAMA (ID - 44427)

“Zağlamaq”dan f.is.

ZAĞLAMAQ (ID - 44428)

f. Cilalamaq, cila vermək. Xəncəri (qılıncı) zağlamaq.

ZAĞLANMA (ID - 44429)

“Zağlanmaq”dan f.is.

ZAĞLANMAQ (ID - 44430)

məch. Cilalanmaq, cila verilmək, parıldadılmaq. Tüfəng zağlandı.

ZAĞLATMA (ID - 44431)

“Zağlatmaq”dan f.is.

ZAĞLATMAQ (ID - 44432)

icb. Cilalatmaq, cila verdirmək.

ZAĞLI (ID - 44433)

sif. Zağ verilmiş, cilalanmış, cilalı. Zağlı tüfəng. Zağlı xəncər. - ...Yanan lampanın qüvvətli işığı altında göy zağlı xəncər yaşıl bir parıltı buraxırdı. S.Rəhimov. Kölgələnməsin deyə; Bəhramın gül rəngi; Mən...

ZAĞ-ZAĞ (ID - 44434)

zağ-zağ əsmək (titrəmək) - bərk qorxmaq, qorxudan titrəmək. [Veysəl:] iki yüzdən artıq fəhlə səni görəndə zağ-zağ əssin, iki gədə səni tələyə salsın? S.Vəliyev. Özünü elə göstərmişdi ki, hamı [Baxış bəydən] zağ-zağ...

ZAHI (ID - 44435)

is. [fars.] Yenicə doğmuş qadın. [Cəbrayıl bəy:] Onda ayrı evə keçək, yaxşı deyil, zahının yanında oturmayaq. “Qaçaq Nəbi” . Səhərisi yenə mamaça gələr, zahıya baxıb lazımi tapşırıq və dərmanlar verər, şişi-zadı...

ZAHILIQ (ID - 44436)

is. Yenicə doğmuş qadının vəziyyəti.

ZAHİD (ID - 44437)

is. [ər.] 1. Dünyanın zövq və nemətlərindən əl çəkib vaxtını ibadətlə keçirən dindar adam. Zahidi-xudbin nə bilsin zövqünü eşq əhlinin; Bir əcəb meydir məhəbbət kim, içən huşyar olur. Füzuli. Pərdeyidam eyləmiş zahid...

ZAHİDANƏ (ID - 44438)

zərf [ər. zahid və fars. ...anə] Zahid kimi. Zahidanə yaşamaq. Zahidanə həyat keçirmək.

ZAHİDCƏSİNƏ (ID - 44439)

zərf Zahid kimi, zahidanə. Zahidcəsinə həyat sürmək. Özünü zahidcəsinə aparmaq.

ZAHİDLİK (ID - 44440)

is. 1. Zahidin hal və vəziyyəti. Heç birimiz müqəddəslik və zahidlik iddiası etmirik. M.F.Axundzadə.
2. məc. Özünü dünyanın həzz və nemətlərindən məhrum edərək yaşama; cəmiyyətdən, insanlardan qaçaraq həyat keçirmə.

ZAHİDVAR (ID - 44441)

[fars.] bax zahidanə. Mən otuz il cahanda zahidvar; Bilmədim qız-qadın nədir, zinhar! H.Cavid.

ZAHİR (ID - 44442)

is. [ər.] 1. Açıq, aşkar, aydın, meydanda olan (batin müqabili). Mən bir Fərhad, sən bir şirindəhansan; Dərdin zahir, amma özün nəhansan. M.P.Vaqif. Zahirdi qəmzənin cigər sökməyi; Can atmağı, nahaq qanlar tökməyi. Q.Zakir.
2....

ZAHİR-BATİN (ID - 44443)

is. [ər.] Iç-üz, əsil, zat, mahiyyət. Zahir-batinini üzə çıxarmaq.

ZAHİRDƏ (ID - 44444)

zərf Üzdə, zahirən, xarici görünüşcə. ..Bir para cüvəllağı oxumuşlarımız ürəkdən gülə-gülə və zahirdə guya ağlayaağlaya dəstənin qabağında dolanırdılar. Məmmədquluzadə. [Musa kişi] zahirdə belə işlərə yaxın durmayırdı....

ZAHİRƏN (ID - 44445)

zərf [ər.] Xarici görünüşünə, görkəminə görə, xaricən, üzdən. Zahirən kim gözü görməz fələki-xunxarın; Məni bu gündə görən böylə sitəmkar olmaz. Qövsi. ..On-on beş adam zahirən seyid libasında, başlarında yaşıl...

ZAHİRİ (ID - 44446)

ZAHİRİLİK (ID - 44447)

is. Zahiri görkəm, görünüş. □ Zahiriliyi yoxdur - kifirdir, çirkindir, görkəmsizdir.

ZAHİRPƏRƏST (ID - 44448)

sif. [ər. zahir və fars. ...pərəst] Ancaq zahiri görünüşə, xarici görkəmə əsasən qiymət verən.

ZAİD (ID - 44449)

is. [ər.] köhn. 1. Artan, əlavə edilən. ..istərsən əgər oğlun edə kəsb fəvaid; Həm sərvəti zaid ola, həm miknəti zaid; Tərğib elə ta kəsbi-həram eyləsin oğlun!.. M.Ə.Sabir. Qədərindən artıq, lazımsız.
Riyaziyyatda: üstəgəl...

ZAİQƏ (ID - 44450)

is. [ər.] Dadbilmə duyğusu, qabiliyyəti.

ZAİL (ID - 44451)

sif. [ər.] klas. Daimi olmayan, müvəqqəti, fani, keçici, puç. □ Zail etmək (eyləmək) - puç etmək, yox etmək, məhv etmək, heçə çıxarmaq. Nə gözəldir sənin şirin sözlərin; Zail etdi məni ala gözlərin. Qurbani. Zakirəm, eylədin...

ZAKİR (ID - 44452)

is. [ər.] din. Zikr edən (bax zikr 2-ci mənada). // Keçmişdə təkyələrdə ilahiyyat oxuyan adam. Zakirəm, zikr eylərəm, yəni ki şeyxəm; sufiyəm; Gör nə göyçək ad ilə aləmdə məzkur olmuşam. Nəsimi.

ZAQS (ID - 44453)

[rus. запись актов гражданского состояния] İcra Aparatının doğum, ölüm, evlənmə, boşa(n)ma, övladlığa götürmə hadisələrini qeyd edən vətəndaşlıq vəziyyəti aktları şöbəsi. Nikahı zaqsda qeyd...

ZAL (ID - 44454)

[alm.] xüs. 1. Kütləvi yığıncaqlar və ya müxtəlif məşğələlər üçün böyük və geniş otaq. idman zalı. Tamaşa zalı. Gözləmə zalı.
imtahan məclisi qurulmuşdur; Zalda skamyalar qoyulmuşdur. A.Səhhət. Adam o qədər idi ki,...

ZALXA (ID - 44455)

is. məh. bot. Tutqun bənövşəyi rəngində çoxlu çiçəkləri olan zəhərli bitki.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed