İzahlı lüğət

ZƏRƏRSİZLƏŞMƏ (ID - 44806)

“Zərərsizləşmək”dən f.is.

ZƏRƏRSİZLƏŞMƏK (ID - 44807)

f . Zərərsiz hala düşmək.

ZƏRƏRSİZLİK (ID - 44808)

is. Zərərsiz şeyin halı, xassəsi.

ZƏRƏRVERİCİ (ID - 44809)

is. Kənd, meşə, anbar təsərrüfatına, habelə məişətdə insanlara zərər verən həşərat, heyvan. Pambıq zərərvericiləri. // Sif. mənasında. Zərərverici cücülər. Zərərverici həşərat.

ZƏRF1 (ID - 44810)

is. [ər.] 1. İçərisinə məktub və ya başqa kağız qoyub başqa yerə göndərmək üçün xüsusi biçimli kağız qab; konvert, paket. Molla Fərzəli məktubu yazıb bitirdikdən sonra büküb zərf içinə qoydu. A.Şaiq. Bu dəfə Zəfər...

ZƏRF2 (ID - 44811)

is. [ər.] qram. Hərəkətin, keyfiyyətin və ya xassənin əlamətini bildirən dəyişməz nitq hissəsi. Zaman zərfi. Yer zərfi.

ZƏRFİNDƏ (ID - 44812)

zərf İçində, ərzində, müddətində. Beş gün zərfində. Bir ay zərfində. - Az bir müddət zərfində savadlanmağın birinci vasitəsi əlifbanın asanlığıdır. M.F.Axundzadə. Elm və nuri-mərifət ilə az vaxtın zərfində çox hünərlər...

ZƏRFLİK (ID - 44813)

is. qram. İş və hərəkətin yerini, zamanını, kəmiyyətini, tərzini, səbəb və məqsədini bildirən cümlə üzvü.

ZƏRGƏR (ID - 44814)

sif. [fars.] Qızıldan, gümüşdən bəzək şeyləri qayıran usta. Zər qədrini zərgər bilər. (Ata. sözü). ..Xədicə beş il əvvəl bəzək şeyləri satan zəngin bir zərgərə ərə getmişdir.. S.Hüseyn. Bakıda ümumiyyətlə peşəkarlar:...

ZƏRGƏRLİK (ID - 44815)

is. Zərgərin işi, sənəti, ixtisası. Zərgərlik etmək. - Zərgər onlara öz bacardığı saatsazlıq, başmaqçılıq, zərgərlik sənətlərini öyrədirdi. M.S.Ordubadi.

ZƏRXARA (ID - 44816)

is. Zərli ipəkdən toxunmuş parlaq və şax ipək parça. Zərxaradan libası; Gey, sallan, olma ası; Məni yandırdı, yaxdı; Gözlərinin qarası. (Bayatı). [Bədircahan:] Hesab elə, qeyri qız olsa, o səndən istəyəcək: yaxşı yemək, içmək,...

ZƏRXARALAMAQ (ID - 44817)

f köhn. Zərxaradan pərdə çəkmək, pərdə asmaq.

ZƏRXARALANMAQ (ID - 44818)

məch. köhn. Zərxaradan pərdə çəkilmək, pərdə asılmaq.

ZƏRXARALI (ID - 44819)

sif. Zərxara, zərxarası olan. Zərxaralı don. - Alagöz geyindiyi zərxaralı paltarda özünü qaratikan içinə düşmüş kimi hiss edərək boğula-boğula soruşdu: - Yəni müsəlman zənəni də şərab içərmi, xanım. S.Rəhimov.

ZƏRİF (ID - 44820)

sif. [ər.] 1. İncə. Zərif çiçəklər. Zərif əl. Zərif yun. - [Əbdüləli bəy:] Qadın vücudu zərif (z.) yaranmışdır, odur ki, qədimlərdə qadınlar gəcavə ilə gəzirdilər. C.Cabbarlı. Varlığın nə zərif (z.) yarandı sənin;...

ZƏRİFANƏ (ID - 44821)

zərf [ər. zərif və fars. ...anə] İncəliklə: gözəl, incə əda ilə, zərif, incə. Zərifanə rəftar. Zərifanə söz.

ZƏRİFLƏŞDİRİLMƏ (ID - 44822)

“Zərifləşdirilmək”dən f.is.

ZƏRİFLƏŞDİRİLMƏK (ID - 44823)

məc. Zərif hala salınmaq; incələşdirilmək.

ZƏRİFLƏŞDİRMƏ (ID - 44824)

“Zərifləşdirmək”dən f.i.s.

ZƏRİFLƏŞDİRMƏK (ID - 44825)

f . Zərif hala salmaq; incələşdirmək.

ZƏRİFLƏŞMƏ (ID - 44826)

“Zərifləşmək”dən f.is.

ZƏRİFLƏŞMƏK (ID - 44827)

f. Zərif olmaq; nazikləşmək, incələşmək.

ZƏRİFLİK (ID - 44828)

is. 1. İncəlik, lətafət, gözəllik, qəşənglik. Xüsusən Səbanın səsində və söhbətindəki zəriflik Atabəy in o gözəl qadını Qətibədə yox idi. M.S.Ordubadi.
2. Zəiflik. Doğrudur, zərifliyin adı başqadır; Qüvvətə gəl,...

ZƏRİFYUNLU (ID - 44829)

sif. Zərif yunu olan, yununun incəliyi ilə fərqlənən. Zərifyunlu qoyun.

ZƏRİNC (ID - 44830)

bax ziriş(k).

ZƏRİNƏ (ID - 44831)

is. [fars.] Zərli, qiymətli paltar, qızıl bəzək. ..Xalxallı cariyələr və zərinələrə bürünmüş kənizlər Azərbaycan heyətinə xidmət edirdi. M.S.Ordubadi.

ZƏRQANADLI (ID - 44832)

sif. Sarı rəngli qanadı olan; sarıqanadlı. [Toxumyeyən] cücü qara rəngli, zərqanadlı, xırda həşəratdır.

ZƏRLİ (ID - 44833)

1. sif. Zərlə bəzəkli, zərlə işlənmiş, üzərinə zər çəkilmiş, zərlə örtülmüş. Zərli parça. Zərli kağız. Zərli cild. - Dağdan gəldik ikimiz; Zərli yorğan yükümüz. (Bayatı). Taxçalarda xırda və zərli sandıqlar qoyulub,...

ZƏRLİLİK (ID - 44834)

is. Zərli şeyin xassəsi, keyfiyyəti.

ZƏRLİ-ZİBALI (ID - 44835)

bax zər-zibalı. [Gəray ağa:] Niyə [Müqim] öz zərli-zibalı Zərişinlə .. Cavanşirlə Şuşa qalasını su yoluna döndərirsən? S.Rəhimov. Zərli-zibalı bir otaq qayırmışdılar. S.Rəhman.

ZƏRNİGAR (ID - 44836)

is. [fars.] klas. Qızıl naxışlı, qızılla bəzənmiş (naxışlanmış). Tök cəmizərnigarə şəfəqgun bədəni; Hicrü fəraq şəminə yəni çirağ tut. Q.Zakir. Alişan imarət, aynabənd otaq; Zərnigar qəsrlər, eyvan mənimdir. Aşıq...

ZƏRNİŞAN (ID - 44837)

[fars.] 1. sif. Qızıl suyu ilə vurulmuş nişanı (naxışı) olan, qızıl nişanlı. Hərami könlümə tapşırdı zərnişan oxlar; Ki hər birisi dəyər padşah xəzinəsinə. Qövsi. Bir qoç igid bir meydanda tapılsa; Bəzənər o meydan,...

ZƏRRƏ (ID - 44838)

is. [ər.] Bir şeyin ən kiçik hissəsi. [Qəhrəman:] Kənarda şiddətlə əsən qış ruzgarı birqat pəncərələri yumruqlayır, kiçik qar və buz zərrələri ilə bombardman edirdi. H.Nəzərli. Buradakı dağ günəşinin tərkibində olan...

ZƏRRƏBİN (ID - 44839)

is. [ər. zərrə və fars. ...bin] Böyüdücü şüşə (ən xırda şeyləri böyük göstərən şüşə); mikroskop. ..Bir daşın qəlbində gizlənən brilyantı zərrəbin vasitəsilə görmək mümkündür. M.S.Ordubadi. Bu, zərrəbinlə oxunacaq...

ZƏRRƏCƏ (ID - 44840)

zərf Zərrə qədər də olsa, az da olmuş olsa; heç, əsla, qətiyyən. Zərrəcə qorxusu yoxdur. - Gərçi, ey dil, yar üçün üz verdi yüz möhnət sana; Zərrəcə qəti-məhəbbət etmədin, əhsən sana. Füzuli. Uzun illər sənə qaldım...

ZƏRRƏCİK (ID - 44841)

is. Ən kiçik zərrə; zərrənin ən kiçicik, ən xırda hissəciyi.

ZƏRRƏDİN (ID - 44842)

is. məh. Balaca şeyləri tutmaq və ya kəsmək, doğramaq üçün kəlbətin.

ZƏRRƏLƏNMƏ (ID - 44843)

“Zərrələnmək”dən f.is.

ZƏRRƏLƏNMƏK (ID - 44844)

f Zərrələr halına düşmək, ən xırda hissələrinə ayrılmaq, parçalanmaq.

ZƏRRƏLƏNMİŞ (ID - 44845)

f sif Zərrələr halına düşmüş, ən xırda hissələrinə ayrılmış, parçalanmış.

ZƏRRİN (ID - 44846)

sif. [fars.] 1. klas. Qızıldan düzəldilmiş, qızıldan qayrılmış. Dev Reyhanı bir zərrin taxt üzərində qoyub, üzərinə gülab səpib burnuna müşkü ənbər iyi verdikdə Reyhan huşa gəlib, özünü devlərin yanında gördü. (Nağıl)....

ZƏRRİNƏ (ID - 44847)

bax zərinə.

ZƏRURƏT (ID - 44848)

is. [ər.] 1. Bir işə hər halda və vəziyyətdə məcbur olma, istər-istəməz onu əmələ gətirmə; məcburiyyət, naçarlıq, çarəsizlik. Hər dəm çəkib ol qəm içrə min ah; Səbr etdi zərurət ilə ol mah. Füzuli. Zərurət üz verdiyi...

ZƏRURİ (ID - 44849)

[ər.] 1. sif. Ən lazımlı, ən vacib, çox lazım, onsuz keçinilməsi mümkün olmayan. Zəruri vəsait. Zəruri ehtiyac tədbirləri. insanın həyatı üçün zəruri olan qidalar.
2. zərf Labüd, istər-istəməz olacaq, məcburi, mütləq....

ZƏRURİLİK (ID - 44850)

is. 1. Zəruri olma, vaciblik, lazımlıq, lüzum. Nizam və qaydanın zəruriliyi.
2. Labüdlük, məcburilik.

ZƏRURİYYƏT (ID - 44851)

bax zərurət. Muxtarov Dadaş pulemyotçu idisə də, axır günlər zəruriyyət üzündən hesablama bölməsinə komanda edirdi. Ə.Əbülhəsən. ..Daxili bir zəruriyyət [Sultanı] başı kəlağayılı qızlar dəstəsinə diqqət yetirməyə...

ZƏRVARİ (ID - 44852)

sif. Qızıl rəngində olan, sarıya çalan.

ZƏRVƏRƏQ (ID - 44853)

is. [fars. zər və ər. vərəq] Üzünə qızıl suyu çəkilmiş kağız, zər ilə qaplanmış səhifə.

ZƏRZƏR (ID - 44854)

is. [fars.] Zərlə toxunmuş parça, zərli parça. Otağın divarlarındakı cüməxatanda böyük sandıqların üstə ipək, zərzər üzlü əlvan yorğan-döşəklər qoyulardı. H.Sarabski.

ZƏR-ZƏRBAFTA (ID - 44855)

is. [fars.] bax zərbaf 2-ci mənada.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed