ZƏRF1is. [ər.] 1. İçərisinə məktub və ya başqa kağız qoyub başqa yerə göndərmək üçün xüsusi biçimli kağız qab; konvert, paket. Molla Fərzəli məktubu yazıb bitirdikdən sonra büküb zərf içinə qoydu. A.Şaiq. Bu dəfə Zəfər stolunun dalından çıxıb əlində zərf mənə tərəf gəldi. M.Hüseyn. Ağabala zərfi açmamışdan Davud tərəfindən göndərildiyini bilirdi. Mir Cəlal.
2. köhn. İçinə şey qoymaq üçün müxtəlif formalı qab; futlyar. Saat zərfi. Paylaşın - Hamı bilsin
|