ZƏR-ZİBA (ID - 44856)is. [fars.] 1. Bərli-bəzəkli paltar, bahalı parça. Qızıldan çarpazı, yar düymələri; Əyninə geyib zər-zibaları. “Əmrah” . Gümüşüm tunc olub, zər-zibam da bez; Qəlb çıxır aldığım mal, qoca baxtım. Aşıq Ələsgər. Bayram...
|
ZƏR-ZİBALI (ID - 44857)sif. Bərli-bəzəkli, süslü; bərli-bəzəkli paltar geymiş. Ələmdar.. ağasının zər-zibalı xanımını gözləri qabağına gətirib maya kimi ağappaq əndamına baxır, baxır, baxırdı. S.Rəhimov.
|
ZƏR-ZİVƏR (ID - 44858)is. [fars.] Bərbəzək, zinət, süs, yaraşıq. Qapılar, divarlar gövhərdir, ipək; Verir libaslara zər-zivər, bəzək. Şəhriyar.
|
ZƏVAL (ID - 44859)bax zaval. Bir gün olmaz kim, ona gərdün yetirməz bir zəval. Füzuli. Mehrin könüldə zərrə qədər bir zəvalı yox. S.Ə.Şirvani. Ey dövlətimin zəvalı oğlum! Ey başı ağır, bəlalı oğlum. M.Ə.Sabir.
|
ZƏVAT (ID - 44860)[ər. “zat” söz. cəmi] bax zat. Yetdi necə bəs mövqei-ikmalə bu sənət? Etdi iki sərvətli zəvat ilə şərakət. M.Ə.Sabir.
|
ZƏVƏRDƏR (ID - 44861)is. [fars.] xüs. məh. Bina tikilərkən qapı və pəncərənin üstünə qoyulan böyük daş.
|
ZƏVVAR (ID - 44862)is. [ər.] Ziyarət edən, ziyarətə gələn və yaxud ziyarətdən qayıdan şəxs; ziyarətçi. Zəvvarın həmişə getmək ya gəlmək sədasını eşidən kimi Məhəmmədhəsən əminin gözündən yaş çeşmə kimi başlar axmağa. C.Məmmədquluzadə....
|
ZƏVZƏK (ID - 44863)sif. Çoxdanışan, naqqal, boşboğaz, lağlağı. Zəvzək adam. // İs. mənasında. [Aslan bəy:] Yox, [doktor] hələ gəlməmiş, ..o da hər zəvzək ilə vaxt keçirir. A.Şaiq. Bu inamla yaşamışam; Bizim kimi zəvzəklərin; igidliyi dözüm...
|
ZƏVZƏKLƏŞMƏ (ID - 44864)“Zəvzəkləşmək”dən f.is.
|
ZƏVZƏKLƏŞMƏK (ID - 44865)f. Zəvzək olmaq, lağlağı olmaq.
|
ZƏVZƏKLİK (ID - 44866)is. Çox danışqanlıq, lağlağılıq, boşboğazlıq, naqqallıq. [Xan:] Bivecdir, əlindən zəvzəklikdən başqa bir şey gəlməz. Çəmənzəminli. Yaman qəzəbləndi bu zəvzəkliyə; Baş həkim Cahangir çıxdı özündən. B.Vahabzadə. □...
|
ZƏVZƏMƏ (ID - 44867)“Zəvzəmək”dən f.is.
|
ZƏVZƏMƏK (ID - 44868)f Çox danışmaq, naqqallıq etmək, boşboğazlıq etmək.
|
ZƏVZƏTMƏK (ID - 44869)icb. Zəvzəməsinə səbəb olmaq, çox danışdırmaq (boş-boş).
|
ZƏY (ID - 44870)is. kim. İkiqat sulfat turşuları kristallarından ibarət daş.
|
ZƏYDAN (ID - 44871)is. [zəy və fars. ...dan] Lampanın boğazına zəylə yapışdırılan və lampanın odluğu - maşını burulub keçirilən yivli halqa. Lampanın zəydanı qopub.
|
ZƏYƏRƏK (ID - 44872)is. bot. Toxumundan və dənindən yağ çıxarılan bəzir adlanan bitki; kətan. Kətan (zəyərək) .. cinsinin Azərbaycanda 13 növü vardır. Ə.Qasımov.
|
ZƏYLƏMƏ (ID - 44873)“Zəyləmək”dən f.is.
|
ZƏYLƏMƏK (ID - 44874)f . Zəy vurmaq, zəy qarışdırmaq, zəy qatmaq. Suyu zəyləmək (durulmaq üçün suya zəy vurmaq).
|
ZƏYLƏNMƏ (ID - 44875)“Zəylənmək”dən f.is.
|
ZƏYLƏNMƏK (ID - 44876)məch. Zəy vurulmaq, zəy qarışdırılmaq, zəy qatılmaq.
|
ZƏYLƏTMƏ (ID - 44877)“Zəylətmək”dən f.is.
|
ZƏYLƏTMƏK (ID - 44878)icb. Başqasına zəylətdirmək. Suyu zəylətmək (durulmaq üçün suya zəy vurdurmaq).
|
ZƏYLİ (ID - 44879)sif Zəy ilə qarışıq olan, zəy vurulmuş, zəy qatılmış. Zəyli su. - insanın bədəni yanmaqdan, məsələn, qaynar su tökməkdən qabarıb ziyadə azar edər.. Belə qabarı duzlu, ya zəyli suya salanda qabarın içindəki su bu duzlu sudan...
|
ZƏYLİK (ID - 44880)bax zəydan. Lampanın zəyliyi əyilmişdir.
|
ZIĞ (ID - 44881)is. 1. Duru (sulu) palçıq, lehmə, bataq. Qurşağacan batıb zığa; Əlləşir misirli qardaşlar. O.Sarıvəlli. Pilpilənin təpəsindən bozumtul zığ və lehmə axırdı. M.Süleymanov.
..Zığdan addım atmaq qeyri-mümkün olmuşdu. İ.Hüseynov. Gözdə... |
ZIĞBAZIĞ (ID - 44882)zərf dan. Ağzınacan, ağzına qədər. Otaq zığbazığ dolu idi.
|
ZIĞILDAMA (ID - 44883)“Zığıldamaq”dan f.is.
|
ZIĞILDAMAQ (ID - 44884)f . dan. İnildəmək, mızıldamaq, şikayətlənmək.
|
ZIĞILDAŞMA (ID - 44885)“Zığıldaşmaq”dan f.is.
|
ZIĞILDAŞMAQ (ID - 44886)qarş. Zığıldamaq (çoxları yerbəyerdən). Titrəməyin, haydı, zığıldaşmayın! Ay cücələr, çox da cırıldaşmayın. Ə.Nəzmi.
|
ZIĞILDATMA (ID - 44887)“Zığıldatmaq”dan f.is.
|
ZIĞILDATMAQ (ID - 44888)icb. dan. Zığıldamağa məcbur etmək, zığıldamasına səbəb olmaq.
|
ZIĞLAMAQ (ID - 44889)f . Palçıqlamaq, palçığa batırmaq, lehmələmək, lehməyə bulamaq. O su təmiz bir yolu korlayıb zığlamasa yaxşıdır. S.Rəhimov.
|
ZIĞLANDIRMA (ID - 44890)“Zığlandırmaq”dan f.is.
|
ZIĞLANDIRMAQ (ID - 44891)f. 1. Bax zığlamaq.
2. Qatılaşdırmaq, qatılığını artırmaq. inək südünü zığlandırdı. |
ZIĞLANMA (ID - 44892)“Zığlanmaq”dan f.is.
|
ZIĞLANMAQ (ID - 44893)f . Zığa (palçığa) bulanmaq, batmaq.
|
ZIĞLANMIŞ (ID - 44894)f .sif. Zığa (palçığa) batmış, lehmələnmiş. Zığlanmış döşəmə.
|
ZIĞLAŞMA (ID - 44895)“Zığlaşmaq”dan f.is.
|
ZIĞLAŞMAQ (ID - 44896)f . Zığ halına gəlmək, zığ olmaq, lehmələnmək.
|
ZIĞLATMA (ID - 44897)“Zığlatmaq”dan f.is.
|
ZIĞLATMAQ (ID - 44898)bax zığlamaq.
|
ZIĞLI (ID - 44899)sif. 1. Palçıqlı, lehməli, bataq, bataqlıq. Küçə zığlı idi, [Nemətullayev] yeridikcə sürüşürdü. S.Rəhimov. Zığlı dərəciklər quruyub yaşıllaşırdı. M.İbrahimov.
Qatı, qəliz. Bu qoyun yaxşı zığlı süd verir. Kirli,... |
ZIĞLIQ (ID - 44900)is. 1. Zığ olan yer; palçıqlıq, lehməlik, bataqlıq.
2. Qatılıq, qəlizlik. |
ZIĞ-ZIMĞIR (ID - 44901)bax zığ 1 -ci mənada. Qolqılçasını çırmayıb işə girişən uşaqlar bu bağçanın qumlu torpağına, arxın zığ-zımğırına batıb bulanmaqdan çəkinmirdilər. S.Rəhimov.
|
ZIQQANMA (ID - 44902)“Zıqqanmaq”dan f.is.
|
ZIQQANMAQ (ID - 44903)f Gücənmək, gücə düşmək, hıqqanmaq. // Bir işi çox çətinliklə görmək. Idarədəkilər Müsyö Qomel ilə birlikdə hələ də o kəlmənin üstündə zıqqanırdılar. Qantəmir.
zıqqana-zıqqana zərf Gücənə-gücənə, hıqqana-hıqqana,... |
ZIQQI (ID - 44904)sif. və is. 1. Çox xəsis, çox tamahkar, acgöz. Xalıqverdiyə görə Mirzə Cəmil çox xəsis, göy, zıqqı adamdı. Ə.Vəliyev.
2. Ağırxasiyyətli, zəhlətökən, zəhləaparan. Elə bir zıqqıdır ki, dindirəsi deyil. |
ZIQQILDAMA (ID - 44905)“Zıqqıldamaq”dan f.is.
|
Bu səhifə dəfə baxılıb