ZƏVZƏKsif. Çoxdanışan, naqqal, boşboğaz, lağlağı. Zəvzək adam. // İs. mənasında. [Aslan bəy:] Yox, [doktor] hələ gəlməmiş, ..o da hər zəvzək ilə vaxt keçirir. A.Şaiq. Bu inamla yaşamışam; Bizim kimi zəvzəklərin; igidliyi dözüm olsun; “Heyvərəlik, boşboğazlıq” bizim olsun. B.Vahabzadə.
zəvzək-zəvzək zərf Boş-boş, bihudə, mənasız. [Molla Abbas:] Necə nağıl de? Nə zəvzək-zəvzək danışırsan. Mən vaizəm, yoxsa nağılçıyam ki, sizə nağıl deyəm. C.Məmmədquluzadə. Paylaşın - Hamı bilsin
|