ZƏR-ZİBAis. [fars.] 1. Bərli-bəzəkli paltar, bahalı parça. Qızıldan çarpazı, yar düymələri; Əyninə geyib zər-zibaları. “Əmrah” . Gümüşüm tunc olub, zər-zibam da bez; Qəlb çıxır aldığım mal, qoca baxtım. Aşıq Ələsgər. Bayram gəlib, hamı geyib zər-ziba; Bizdə nə bez qədək, nə şal da yoxdur. Aşıq Hüseyn.
2. Qızıl-gümüş, cavahirat, dövlət, qiymətli şeylər. [Koroğlu dedi:] Şəhərin yerində kotan əkərəm; Zər-zibasın Çənlibelə çəkərəm. “Koroğlu” . Paylaşın - Hamı bilsin
|