İzahlı lüğət

ZİYİLOTU (ID - 45156)

bax dəmrovotu. Ziyilotu və ya dəmrovotu köhnə daş divarlarda, meşə kənarlarında, əkinlərdə və zibilli yerlərdə bitən və narıncı süd şirəsi olan çoxillik otdur. M.Qasımov.

ZOD (ID - 45157)

is. xüs. 1. Metalları qaynaq yolu ilə bir-birinə yapışdırma, calama, birləşdirmə, qaynaq. // Metalda qaynaq, calaq yeri. // Metalı döyməklə uzatma.
2. məc. dan. Kəsər, təsir, itilik. Ağzının zodu yoxdur.

ZODLAMA (ID - 45158)

“Zodlamaq”dan f.is.

ZODLAMAQ (ID - 45159)

f . xüs. 1. Zod qoymaq, qaynaq yolu ilə calamaq (dəmiri).
2. Metalı döyməklə uzatmaq.

ZODLU (ID - 45160)

sif. dan. 1. Zodu (1-ci mənada) olan. Zodlu balta. - Gəldilər təzələr, ağzı çox odlu; Kotan yaxşı qaçar olanda zodlu. H.K.Sanılı.
2. məc. Kəsərli, ağzıodlu. Zodlu (z.) danışmaq.

ZOĞ (ID - 45161)

is. Ağacda və başqa bitkilərdə yenicə cücərən göy qabıqlı incə budaqların hər biri; pöhrə. Söyüdün zoğları. // Ağacın və başqa bitkinin yer altındakı rişələrindən çıxan cücərti. Kişi Xanpərini pambıq kolunun yanına...

ZOĞAL (ID - 45162)

is. Yeməli, qırmızı meyvəsi olan bərk oduncaqlı ağac (kol). Zoğal 5-6 metr hündürlükdə, qışda yarpağı tökülən kol və ya ağacdır. Sarı rəngli çiçəkləri mart-aprel aylarında yarpaqlanmadan əvvəl açılır. Meyvəsi sentyabrda...

ZOĞALAŞI (ID - 45163)

is. Zoğal və ya zoğal qurusu ilə bişirilən aş.

ZOĞALI (ID - 45164)

sif Zoğal rəngində, tünd-qırmızı. Zoğalı parça. - ..Vaqif isti kürkünü soyundu, nökərlərdən biri onun çiyninə zoğalı çuxasının üstündən samur xəzli ipək xirqə saldı, sonra içəri girdi. Çəmənzəminli. Doldular silaha...

ZOĞALLIQ (ID - 45165)

is. Çoxlu zoğal ağacı bitən yer, zoğal ağacları bol olan yer.

ZOĞLAMA (ID - 45166)

“Zoğlamaq”dan f.is.

ZOĞLAMAQ (ID - 45167)

f 1. Zoğ atmaq, zoğ vermək, ağacın kökündən zoğlar çıxmaq.
2. Yerə yeni kök atmaq.

ZOĞLANMA (ID - 45168)

“Zoğlanmaq”dan f.is.

ZOĞLANMAQ (ID - 45169)

f . Öz-özünə zoğ atmaq, cücərib çıxmaq, uzanmaq, boy atmaq; pöhrələnmək.

ZOĞLU (ID - 45170)

sif. Zoğu, zoğları, pöhrəsi olan. Zoğlu ağac.

ZOQQULDAMA (ID - 45171)

1. “Zoqquldamaq”dan f.is.
2. is. Yaranın, çibanın irinləməyə, yetişməyə başladığı zaman dərin və bərk ağrıması, sancması, göynəməsi.

ZOQQULDAMAQ (ID - 45172)

f . dan. 1. İrin, çirk etməyə yaxın bərk ağrımaq, sancmaq, göynəmək (yara). Çibanım zoqquldayır. - Balaqardaş, .. canım sənə qurban, o zəhrimarı tezcə gətir, yoxsa ürəyimin ortası zoqquldayır.. N.Vəzirov. [Mürsəl] ufuldayırdı,...

ZOQQULTU (ID - 45173)

is. Davamlı, bərk və dərin ağrı, sancı, bərk sızıltı (bax zoqquldama). [Bəyin] gicgahlarından qalxan zoqqultu ona əziyyət verirdi. Ə.Vəliyev.

ZOL1 (ID - 45174)

1. sif. Uzun zolaq şəklində olan, zolaq şəklində kəsilmiş. Zol gön. Zol taxta. // is. Zolaq şəklində kəsilmiş gön, dəri və s. // is. Ağacın gövdəsindən qoparılan zolaqşəkilli qabıq.
2. is. Zolaq. // Şüy çubuq, qayış...

ZOL2 (ID - 45175)

zərf 1. dan. Düz, birbaş. Zol getdim şikayətə.
2. Arasıkəsilmədən, həmişə, daima, tez-tez. Zol fikir içindədir. Zol şikayət edir. - [Rüstəm] gördü ki, burada bir cavan pəlvan əyləşibdir. Amma heç kimnən gülüb-danışmır,...

ZOLA (ID - 45176)

is. dan. Uzun nazik ağac, düz dirək. Çardağın böyründən bir zola qoymasaq, uçacaq. // Uca ağaclardan meyvə çırpmaq üçün uzun, düz, nazik ağac. Zola ilə tut çırpmaq. Uşaq zolanı əydi. Bu, uzun, hamar bir ağacdı. P.Makulu. //...

ZOLAQ (ID - 45177)

is. 1. Bir endə olan uzun forma, bir şeyin bir endə olan dar, uzun parçası. Dəmir zolağı. Kağız zolağı.
Enli xətt. Abı zolaqları olan parça. Ağsarı zolaqları olan divar kağızı. Parçada qırmızı zolaqlar. // Bir şeyin buraxdığı...

ZOLAQARASI (ID - 45178)

sif Zolaqlar arasında olan. Meşə zolağı havanın hərarətinin zolaqarası tarlada da aşağı olmasına kömək edir. Q.Gül.

ZOLAQLI (ID - 45179)

sif. Üzərində zolaqları olan, zolaq-zolaq. Üstü zolaqlı qovun. Zolaqlı bəbir. // Üzərində müvazi xətlər, cizgilər olan. Zolaqlı parça. Çitin qara zolaqları var.
[Əsəd] üzü təmiz qırxılmış, püsteyi rəngdə köynək geyib...

ZOLAQ-ZOLAQ (ID - 45180)

sif. Zolaqlar şəklində olan. Zolaq-zolaq tarlalar. - Qurtuluş güllələri zolaq-zolaq qızartdı havanı. R.Rza. // Üzərində zolaqlar olan. Zolaq-zolaq parça. Zolaq-zolaq palaz. Zolaq-zolaq döşək. Zolaq-zolaq zürafə. Zolaq-zolaq özbək...

ZOLLAMA1 (ID - 45181)

“Zollamaq1’dan f.is.

ZOLLAMA2 (ID - 45182)

“Zollamaq2”dan f.is.

ZOLLAMAQ1 (ID - 45183)

f dan. Zolaqlar şəklində kəsmək, zol-zol etmək. Gönü zollamaq.

ZOLLAMAQ2 (ID - 45184)

f. vulq. 1. Uzun, möhkəm bir şeylə bərk vurmaq, ilişdirmək, çəkmək. Dəli şeytan deyir ki, bir dəyənək; Mollanın zolla başına zirək. S.Ə.Şirvani. [Atakişi:] Bir yol Ditdili Həsənin gündəyməzindən bir ağac zolladım ki, iki...

ZOLLANMA (ID - 45185)

“Zollanmaq”dan f.is.

ZOLLANMAQ (ID - 45186)

məch. vulq. 1. Bərk vurulmaq, ilişdirilmək, döyülmək.
2. Yararsız bir şey kimi atılmaq, tullanmaq.

ZOLLATMA (ID - 45187)

“Zollatmaq”dan f.is.

ZOLLATMAQ (ID - 45188)

bax zollamaq2. Qəflətdə yatıb, ad batırıb, nam alırız biz; Başa yumruq zolladırız, kam alırız biz. M.Ə.Sabir.

ZOLOTNİK (ID - 45189)

is. [rus.] Buxar maşınlarında buxarpaylayıcı mexanizm.

ZOL-ZOL1 (ID - 45190)

sif. Zollar, zolaqlar şəklində olan. // Üzərində zolaqlar olan. Zol-zol parça. □ Zol-zol etmək - 1) bax zol çəkmək (uzol1” də); 2) zolaqlar şəklində izlər əmələ gələnə qədər qırmanc, şüv və s. ilə vurmaq. Əndamını...

ZOL-ZOL2 (ID - 45191)

zərf Tez-tez, arasıkəsilmədən, mütəmadiyən. Zol-zol baxmaq.

ZOM (ID - 45192)

is. məh. Arxın içindən bellə alınıb kənarlarına qoyulan sulu palçıq. Zom vurmaq.

ZOMLAMA (ID - 45193)

“Zomlamaq”dan f.is.

ZOMLAMAQ (ID - 45194)

f . məh. Arxın içindəki palçığı bellə götürüb bənd şəklində kənarlarına yığmaq, bənd vurmaq. Arxı zomlamaq.

ZONA (ID - 45195)

[yun.] Hər hansı bir ümumi əlamətinə görə səciyyələnən müəyyən ərazi sahəsi; qurşaq, rayon. Arktik zona. Subtropik zona. Meşə zonası. Sərhəd zonası. Respublikamızın əsas çay zonası Lənkəran - Astara rayonlarıdır. Qarabağ...

ZONAL (ID - 45196)

sif. [yun.] Zonaya aid olan, zona ilə əlaqədar olan, müəyyən zona üçün səciyyəvi olan. Zonal bitkilər. - Boz torpaqlar Qarabağ düzünün aran hissəsi üçün əsas zonal torpaqlar hesab olunur. S.Salayev.

ZONALLIQ (ID - 45197)

is. [yun.] xüs. Zonalar üzrə yerləşmə, qurşaqlar üzrə yerləşmə. Torpağın zonallığı. - Kiçik Qafqaz sıra dağ sistemi şaquli zonallıq qanununa tabe olan xüsusiyyət yaradır. S.Salayev.

ZOND (ID - 45198)

[fr.] 1. Orqanların, toxumaların daxilini tədqiq etmək üçün onların içinə yeridilən borucuq və ya çubuq şəklində tibb aləti. Mədəyə zond salmaq. Torpağın dərin qatlarını yoxlamaq və nümunələr götürmək, habelə quyu qazımaq...

ZONDLAMA (ID - 45199)

“Zondlamaq”dan f.is.

ZONDLAMAQ (ID - 45200)

f . 1. Zond (1-ci mənada) salmaq.
2. Zond (3-cü mənada) buraxmaq.

ZONTİK (ID - 45201)

[rus. əsli holl. zonnedek-dən] Yağışdan, gündən qorunmaq üçün üzərinə parça çəkilmiş millərə bənd edilmiş açılıbbükülən əl ağacı şəklində alət; çətir, günlük, yağmurluq. Əlində zontik tutmaq. Zontik açmaq. - Pəncərənin...

ZONTİKLİ (ID - 45202)

sif. Başına zontik tutmuş, əlində zontik olan. Zontikli kişi. - Zontikli qadınlar alçaq çadır kimi görünürdülər. Mir Cəlal.
zoo... [yun. zoon] - mürəkkəb sözlərin birinci tərkib hissəsi olub, heyvanlar aləminə mənsubiyyət,...

ZOOBAYTAR (ID - 45203)

is. [yun. zoon və ər. bəy tər] Kənd təsərrüfat heyvanlarının yetişdirilməsi, bəslənməsi, saxlanması və onlardan düzgün istifadə olunması sahəsində çalışan mütəxəssis. Zoobaytar nəzarəti.

ZOOBAYTARLIQ (ID - 45204)

sif. Kənd təsərrüfat heyvanlarının yetişdirilməsinə, bəslənməsinə, saxlanmasına və onlardan düzgün istifadə olunmasına, habelə onların müalicəsinə aid olan. Zoobaytarlıq şəbəkəsi. Zoobaytarlıq institutu. Zoobaytarlıq tədbirləri....

ZOOCƏRRAHLIQ (ID - 45205)

is. [yun. zoon və cərrahlıq] Heyvanlar üzərində cərrahlığa aid elm. V.İ.Vsevolodov (1790-1863) zoocərrahlığa .. dair əsərlərin müəllifi olmuşdur. “Ümumi zootexniya” .

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed