
ZOLAQ-ZOLAQsif. Zolaqlar şəklində olan. Zolaq-zolaq tarlalar. - Qurtuluş güllələri zolaq-zolaq qızartdı havanı. R.Rza. // Üzərində zolaqlar olan. Zolaq-zolaq parça. Zolaq-zolaq palaz. Zolaq-zolaq döşək. Zolaq-zolaq zürafə. Zolaq-zolaq özbək xələti.
[Qaragünənin] başının üstündən, divarda zolaq-zolaq bir pələng dərisi, üzərində mal damarından hörülmüş qaba bir qamçı.. asılmışdı. M.Rzaquluzadə. [Zeynal] zolaqzolaq xəstəxana pijamasının altında yavaşyavaş barmaqlarını tərpədirdi. B.Bayramov. // Zərf mənasında. Zolaqlar şəklində. Böyrü qırmancdan zolaq-zolaq olmuş yabı. - Köynəyinin üstündən də mümkündür saymaq; Qırmanclanmış zolaq-zolaq qabırğaları. S.Rüstəm. Paylaşın - Hamı bilsin
|