
ZOQQULDAMAQf . dan. 1. İrin, çirk etməyə yaxın bərk ağrımaq, sancmaq, göynəmək (yara). Çibanım zoqquldayır. - Balaqardaş, .. canım sənə qurban, o zəhrimarı tezcə gətir, yoxsa ürəyimin ortası zoqquldayır.. N.Vəzirov. [Mürsəl] ufuldayırdı, çünki yarası zoqquldayırdı. Ə.Vəliyev.
2. məc. İnləmək, inildəyə-inildəyə ağlamaq acı-acı ağlamaq. Bəxti də bu zaman zoqquldayıb ağlamışdı. S.Rəhimov. Paylaşın - Hamı bilsin
|