ZOOGİGİYENA (ID - 45206)[yun. zoon və hygieinos şəfaverici] Heyvanların sağlamlığını qoruma şəraiti və tədbirləri haqqında elm.
|
ZOOGİGİYENIK (ID - 45207)sif. [yun.] Zoogigiyenaya aid olan, zoogigiyena ilə əlaqədar olan. Zoogigiyenik tədbir. Zoogigiyenik qayda.
|
ZOOLOGİYA (ID - 45208)[yun. zoon və logos - elm, anlayış] Heyvanlar aləmindən bəhs edən elm.
|
ZOOLOJİ (ID - 45209)sif. [yun.] 1. Zoologiyaya aid olan. Zooloji muzey.
2. məc. Heyvani, qaba. |
ZOOLOQ (ID - 45210)[yun.] Zoologiya (heyvandarlıq) mütəxəssisi.
|
ZOOPARK (ID - 45211)[yun. zoon və ing. park] Heyvanat parkı, zooloji park. Gah zooparkda gəzirəm səllimi; hər cürə heyvan görürəm, qorxmuram. R.Rza.
|
ZOOTEXNİK (ID - 45212)[yun. zoon və techne-dən] Zootexniya mütəxəssisi. Kəndin müəllimləri, kolxozun briqadirləri, zootexniki, aqronomu həmişə üzlərini Səməd Bayramlıya qırxdırırdılar.. M.Hüseyn. Aqronom, baytar, zootexnik, mühəndis, yerölçən yeni...
|
ZOOTEXNİKA (ID - 45213)[yun. zoon və techne] Heyvandarlıq elmi; kənd təsərrüfat heyvanlarının yetişdirilməsi, saxlanılması və onlardan düzgün istifadə üsullarından bəhs edən elm.
|
ZOOTEXNİKİ (ID - 45214)sif. [yun. zoon və technedən] Zootexnikaya aid olan. Zootexniki laboratoriya. Zootexniki qaydalar.
|
ZOOTEXNİYA (ID - 45215)bax zootexnika. Zootexniyada qaramalın bədən quruluşu ilə birlikdə eksteryeri, yəni bədənin xarici görünüşü də öyrənilir. “Qaramal” .
|
ZOPA (ID - 45216)is. dan. Dəyənək, kötək. Molla da əlinə bir yekə zopa alıb onu qova-qova çığırır. “M.N.lətif.” [Helmi:] Mən gəlincəyə qədər bunların hər birisinə yüz zopa vurulmasını əmr edərsiniz. M.S.Ordubadi. Mirzə Süleymana zopa...
|
ZOPALAMA (ID - 45217)“Zopalamaq”dan f.is.
|
ZOPALAMAQ (ID - 45218)f dan. Zopa ilə döymək, kötəkləmək.
|
ZOPALANMA (ID - 45219)“Zopalanmaq”dan f.is.
|
ZOPALANMAQ (ID - 45220)məch. dan. Zopa ilə döyülmək, kötəklənmək.
|
ZOPALATMA (ID - 45221)“Zopalatmaq”dan f.is.
|
ZOPALATMAQ (ID - 45222)icb. Zopa ilə döydürmək, kötəklətmək.
|
ZOPU (ID - 45223)is. etnoqr. Keçmişdə toylarda cavanların cərgə ilə durub uzun çubuqla oynadıqları bir oyun.
|
ZOR (ID - 45224)[fars.] 1. is. Güc. Muzdur anladı ki, çox pulun zoru da çox olurmuş. S.M.Qənizadə. [Mirzə Həsən:] Bundan sonra traktor adlanan maşının zoru ilə əkəcəksiniz. Ə.Haqverdiyev. [Harun:] Düşmənin zoru qabağında könül xofeyləməz. Ü.Hacıbəyov....
|
ZORAKI (ID - 45225)sif Zor gücü ilə həyata keçirilən, zorla olan, zora istinad edən. Zorakı çevriliş. Zorakı tədbir. Zorakı assimilyasiya.
□□ Zorakı ölüm hüq. - zor nəticəsində baş verən ölüm, qətl (təbii ölüm qarşılığı). |
ZORAKILIQ (ID - 45226)is. 1. Zor tətbiqi, zor işlətmə; zor vasitəsi ilə məcburiyyət. iş zorakılıq məsələsinə gəlirsə, bizimkilər oradadır, qorxmayın. M.S.Ordubadi. ..Cəbhələrin birisinin bayrağı azadlıq və zəhmət, o birisinin bayrağı zorakılıq...
|
ZORBA (ID - 45227)sif. 1. Çox iri, çox yekə, çox böyük. Zorba ayı. Zorba canavar. Zorba ilan. Zorba daş. - Zorbadır hərçənd ki, qəddin sənin; Yox mənə tay olmağa həddin sənin. M.Ə.Sabir. [Nisə xala] pilləkənin altında yatan zorba bir qoyun itinin...
|
ZORBACA (ID - 45228)sif. Çox zorba. Canlıcadır, zorbacadır baldırım; Sındıra bilməz məni heç ildırım. M.Ə.Sabir.
|
ZORBALANMA (ID - 45229)“Zorbalanmaq”dan f.is.
|
ZORBALANMAQ (ID - 45230)f dan. Çox böyümək, zorba olmaq, çox böyüyüb artmaq, yekələnmək, şişmək. Gündə on şahı ilə cümlə ümuri adlanır; Bu vücudin ki, dəmadəm əməli zorbalanır. M.Ə.Sabir.
|
ZORBALAŞDIRILMA (ID - 45231)“Zorbalaşdırılmaq”dan f.is.
|
ZORBALAŞDIRILMAQ (ID - 45232)məch. Çox böyüdülmək, yekələşdirilmək, iriləşdirilmək.
|
ZORBALAŞDIRMA (ID - 45233)“Zorbalaşdırmaq”dan f.is.
|
ZORBALAŞDIRMAQ (ID - 45234)f . dan. Zorba hala salmaq, çox böyütmək, çox böyüdüb artırmaq, yekələşdirmək, iriləşdirmək.
|
ZORBALAŞMA (ID - 45235)“Zorbalaşmaq”dan f.is.
|
ZORBALAŞMAQ (ID - 45236) |
ZORBALIQ (ID - 45237)is. dan. 1. Yekəlik, irilik, böyüklük; zorba şeyin halı. Başladı tərifə palıd qamətin; Oydü özün, zorbalığın, halətin. M.Ə.Sabir. Yusif Qaraca qızın tərsliyinə təəccüb edib arvadına deyərdi: - Bu zorbalıqda ayı mənim qamçımın...
|
ZORBAZOR (ID - 45238)is. Zalım, zülmkar, qolugüclü, zorakılıq edən, başlı-başınalıq edən adam. Qoymuyublar başımızın üstünü kəsən minlərlə zorbazorların zülmlərindən bəhs edək. Məmmədquluzadə.
|
ZORBAZORLUQ (ID - 45239)is. Qolugüclülük, zorakılıq, başlı-başınalıq, qaba qüvvə; haqsızlıq, qanunsuzluq. □ Zorbazorluq etmək - kobudca qüvvə tətbiq etmək, zorakılıq etmək, zor işlətmək, başlı-başınalıq etmək, qol gücü ilə iş görmək.
|
ZOR-BƏLA (ID - 45240)zor-bəla ilə - zorla, güclə, çox çətinliklə. Rəşid zor-bəla ilə balığı tutub, vedrəyə qoydu.. M.Süleymanov.
|
ZOR-GÜC (ID - 45241)zərf Zorla, güclə, zor-bəla ilə (bəzən “zor-güclə” şəklinlə işlənir). Şah Daşküvar əlacı kəsilib dedi: - Razıyam. Yeddi gün, yeddi gecə toy eləyib, vəzirin qızını zor-güc alıb, verdi Adamzada.. (Nağıl). Kəndlilər...
|
ZORXANA (ID - 45242)is. [fars.] köhn. Keçmişdə: ağır idman məşğələləri və yarışları keçirilən yer, bina. Bundan sonra bir ayrısı başlayırdı:
Rəhmətlik xanın mənnən də arası kök idi. Zorxanada işləyəndə xan da bizimlə işləyirdi. Çəmənzəminli.... |
ZORLAMA (ID - 45243)1. “Zorlamaq”dan f.is.
2. zərf Zorla, güclə, zor işlədərək. |
ZORLAMAQ (ID - 45244)f 1. Zorla bir işə məcbur etməyə çalışmaq, zora salmaq, zorla boynuna qoymaq. Gülyaz Səmədi, heç olmazsa, rəsmi bir ər kimi istəmək üçün könlünü nə qədər zorlayırdısa da, bir nəticə çıxmırdı. M.Hüseyn. [Nəriman:] Mənim...
|
ZORLANMA (ID - 45245)“Zorlanmaq”dan f.is.
|
ZORLANMAQ (ID - 45246)1. f. Güclənmək, qüvvətlənmək.
2. “Zorlamaq”dan məch. |
ZORLAŞMA (ID - 45247)“Zorlaşmaq”dan f.is.
|
ZORLAŞMAQ (ID - 45248)bax zorlanmaq 1-ci mənada.
|
ZORLATMA (ID - 45249)“Zorlatmaq”dan f.is.
|
ZORLATMAQ (ID - 45250)icb. Başqasının vasitəsi ilə zorla bir işə məcbur etmək.
|
ZORLU (ID - 45251)sif 1. Güclü, qüvvətli. Yaman zorlu adamdır. - Qüvvətli olsan da, yoxsulu döymə; Demə ki, zorluyam, qolum yaxşıdır. Xəstə Qasım. Həmin fələkzadə Məşədi Əsgər qırx yaşında, qısaboylu, amma çox zorlu bir kişi idi. S.M.Qənizadə....
|
ZORLUQ (ID - 45252)is. Çətinlik, ağırlıq. Hacı Vəlinin müəyyən prinsipləri var idi. Şeyləri zorluqla (z.) qəbul edərdi.. Çəmənzəminli.
|
ZORLULUQ (ID - 45253)is. Zorlu olma, qüvvətlilik, güclülük.
|
ZORRAMA (ID - 45254)dan. bax zorlama 2-ci mənada. ibrahim bu səfər genə birtəhər zorrama balığı buraxdırdı. (Nağıl).
|
ZORSUZ (ID - 45255)sif. Gücsüz, qüvvətsiz, arıq. Zorsuz adam.
|
Bu səhifə dəfə baxılıb