ZƏMİSİÇANI (ID - 44706)is. zool. Taxılların arasında yaşayıb, onlara ziyan verən gəmirici (siçan).
|
ZƏMMƏ (ID - 44707)is. [ər.] Ərəb əlifbasında “ü” saitini əvəz edən və hərfin üstündə qoyulan işarəsinin adı; piş.
|
ZƏM-ZƏM (ID - 44708)is. [ər.] Məkkənin yanında olub, suyu dindar müsəlmanlar tərəfindən müqəddəs sayılan bir quyunun adı (klassik şeirdə təmizlik, paklıq, saflıq, duruluq rəmzi kimi işlənir). Köysünə vuran həcər kimi daş; Zəm-zəm kimi gözdən...
|
ZƏNBƏRƏK (ID - 44709)is. [fars. “zənburək”dən]
Qədimdə: adətən dəvə üstündə gəzdirilən kiçik top. Əlliyə qədər atlı yavaş-yavaş gəlirdi. Arxadakı dəvədə bir zənbərək topu da vardı. Çəmənzəminli. Metal yay. |
ZƏNBƏRƏKÇİ (ID - 44710)is. köhn. Zənbərək atan, zənbərək topuna xidmət edən. Birinci güllə zənbərəkçini aşırıb dəvədən saldı. Çəmənzəminli.
|
ZƏNBİL (ID - 44711)is. [ər.] İçinə şey qoymaq üçün küləşdən, qarğıdan, çubuqdan və s.-dən hörülmüş qab. [Qız] kanalın yaxınlığında zənbilini yerə buraxıb bir daş üstündə oturdu. S.Hüseyn.
zənbil-zənbil zərf Zənbillər dolusu, zənbillərlə.... |
ZƏNBİLCİK (ID - 44712)is. Kiçik zənbil, balaca zənbil.
|
ZƏNBİLÇİ (ID - 44713)is. Zənbil toxuyan və satan adam.
|
ZƏNBİLÇİLİK (ID - 44714)is. Zənbil toxuma və satma işi, zənbilçinin peşəsi. Zənbilçiliklə məşğul olmaq.
|
ZƏNBİLLİ (ID - 44715)sif. Əlində zənbili olan, zənbildə şey aparan. Zənbilli qız.
|
ZƏNBUR (ID - 44716)is. [ər.] klas. Arı, cır arı. Bağrım şan-şan olur zənbur evi tək; Gözüm ki sən gəzən otağa düşər. Q.Zakir. Ələsgər, üsyanın çıxıbdı sandan; Öldürsən zənburu, əl çəkməz şandan. Aşıq Ələsgər.
|
ZƏNCƏFİL (ID - 44717)is. [ər.] Köklərində efir yağları olan tropik bitki. // Bu bitkinin ədviyyə kimi işlənən kökü. [Hacı Mehdi:] Qəndimi, çayımı, istiotumu, darçınımı, zəncəfilimi də satacağam. M.S.Ordubadi. Zəncəfil tropik bitki olub Asiya qitəsinin...
|
ZƏNCƏFİLLİ (ID - 44718)sif. Zəncəfil səpilmiş, zəncəfil tökülmüş. Zəncəfilli qoğal.
|
ZƏNCƏRƏ (ID - 44719)is. [fars.] zool. Çəyirtkəyə bənzər qara rəngli böcək, iynəcə.
|
ZƏNCİ (ID - 44720)is. [ər.] Tropik Afrikanın, dərisi tünd-qara rəngdə olan yerli əhalisi və bu əhaliyə mənsub adam. Afrika zənciləri. - Bunlar zəncilərdən və afrikalılardan ibarət idi. M.S.Ordubadi. Öz ana vətənində ağızdolusu gülər; Rəngi qara,...
|
ZƏNCİR (ID - 44721)is. [fars.] 1. Bir-birinə keçmiş halqalardan ibarət dəmir bağ; silsilə. Saat zənciri. Lövbər zənciri. iti zəncirlə bağlamaq. - Axırda Dəmirçioğlu atasından gizli bir canlı kotan zəncirini də götürüb toqqa əvəzinə belinə bağladı....
|
ZƏNCİRBƏND (ID - 44722)is. [fars.] Zəncirlə bağlı, zəncirə vurulmuş, zəncirli.
|
ZƏNCİRÇİ (ID - 44723)sif. köhn. Məhərrəmlikdə, təziyə günlərində kürəklərinə zəncir vurmaqla özünə işgəncə verən mövhumatçı.
|
ZƏNCİRÇİLİK (ID - 44724)is. köhn. Məhərrəmlikdə, təziyə günlərində mövhumatçıların zəncirlə kürəyinə vurma adəti.
|
ZƏNCİRƏ (ID - 44725)is. 1. Sarı-qızılı rəngində incə haşiyə. Dona zəncirə qoymaq. - Qırmızı çuxası, yaxa zəncirə; Ətəkləri uzun, sallanır yerə. M.S.Ordubadi.
2. Zəncir, silsilə şəklində düzülmüş, zəncir kimi hörülmüş lentdən ibarət... |
ZƏNCİRƏLİ (ID - 44726)sif. Zəncirəsi olan. Zəncirəli paltar. Zəncirəli başmaq. - [Məşuqə] zəncirəli tumanını dəstələyib .. həyətə enən pilləkənlə düşdü. S.Rəhimov.
|
ZƏNCİRLƏMƏ (ID - 44727)1. “Zəncirləmək”dən f.is.
sif. Zəncir kimi bir-birinə bağlı, silsilə kimi fasiləsiz. is. məc. dan. Dəli. Lap zəncirləmədir. |
ZƏNCİRLƏMƏK (ID - 44728)f . 1. Zəncir vurmaq,
zəncirlə bağlamaq. iti zəncirləmək. - Piri kişi qara köpəyi heç vaxt zəncirləmirdi. Axundov. məc. Boğmaq, hərəkət etməyə, fəaliyyət göstərməyə imkan verməmək. Din və məzhəb yoxsulları zəncirləyib... |
ZƏNCİRLƏNMƏ (ID - 44729)“Zəncirlənmək”dən f.is.
|
ZƏNCİRLƏNMƏK (ID - 44730)məch. 1. Zəncirlə bağlanmaq, zəncir vurulmaq; bağlanmaq. Dar meydanda aslanın da zəncirlənər əl-ayağı. S.Vurğun. Yatdığı yerdən hürə-hürə sıçrayan, tut ağacı kölgəsində zəncirlənmiş (f.sif.) Alabaşa acıqlanıb, sonra...
|
ZƏNCİRLƏTMƏ (ID - 44731)“Zəncirlətmək”dən f.is.
|
ZƏNCİRLƏTMƏK (ID - 44732)icb. Başqasına zəncirlə bağlatmaq, zəncir vurdurmaq.
|
ZƏNCİRLİ (ID - 44733)sif. 1. Zənciri olan. Zəncirli saatlar, üstü almazlı; Toqqalar altunlu, qumro qotazlı. H.K.Sanılı. Zəncirlə bağlanmış, zəncir vurulmuş. Zəncirli it. // Əl-ayağında zəncir olan. Zəncirli dustaq. - Sənin yaratdığın zəncirli qullar;...
|
ZƏNCİROTU (ID - 44734)is. bot. Qırıldıqda içərisindən süd kimi maye ifraz edən qısa gövdəli, uzunsaplaqlı ot bitkisi. Acıqovuq və ya zəncirotu cinsinin səbəti silindr şəkilli və ya zəngvaridir. Səbətdə çiçəklərin hamısı dilcik şəkillidir, sarı...
|
ZƏNCİRVARİ (ID - 44735)sif. Zəncir kimi; davamlı, sürəkli, silsiləli. Zəncirvari reaksiya. Zəncirvari hörgü.
|
ZƏNCİRVURAN (ID - 44736)köhn. bax zəncirçi.
|
ZƏNDEYİ-ZƏHLƏ (ID - 44737)zəndeyi-zəhləsi getmək - tamam zəhləsi getmək, acığı gəlmək, görməyə gözü olmamaq. Vəzirin Kəl Həsənnən zəndeyi-zəhləsi gedirdi. (Nağıl); zəndeyizəhləsini aparmaq - tamam zəhləsini aparmaq, acığını tutdurmaq, hiddətlənməsinə...
|
ZƏNƏX (ID - 44738)is. [fars.] klas. Çənə, alt çənə. Münəvvər üz, lalə zənəx, tər buxaq; Tamam bir yanadır, bir yana gözlər. M.P.Vaqif.
|
ZƏNƏXDAN (ID - 44739)is. [fars.] klas. Çənədə, yaxud yanaqda çuxur. Dal gərdəndən düşüb tutub dalı zülf; Xoş göstərir zənəxdanı, xalı zülf. M.P.Vaqif. Siyah tellər ağ buxağın yanına; Xırda tellər zənəxdanə düşübdür. M.V.Vidadi. Nə göyçək...
|
ZƏNƏXDANLI (ID - 44740)sif. Zənəxdanı olan, çənəsində və yaxud yanağında çuxuru olan. Çoxdur ağ bədənli, büllur buxaqlı; Lalə zənəxdanlı, qönçə dodaqlı. M.P.Vaqif.
|
ZƏNƏN (ID - 44741)is. [fars.] 1. Qadın, arvad. Camaat yer eylədilər, zənənnər gəlib oturdular. “Aşıq Ələsgər” . □ Zənən xeylağı evf. - qadın, arvad. Onda ki, şahi-şəhid Ingilistanə təşrif aparmışdı, ingilis padşahı da o zaman bir zənən...
|
ZƏNƏNƏ (ID - 44742)sif. [fars.] Qadınlara məxsus, qadınlara aid. Zənənə ayaqqabı. - Sarı başmaq zənənə; Gözəl çoxdu, mənə nə? Qoy ilqar qənim olsun; Ilkyarından dönənə. (Bayatı). Pəri xanım .. zənənə paltarını geydi. (Nağıl).
□□ Zənənə... |
ZƏNG (ID - 44743)is. 1. Vurulduqda xüsusi səs çıxarmaq üçün içərisində metal dili olan, ağzıgen, kəsik konusşəkilli mis və ya mis ərintisindən qayrılmış alət. Kilsə zəngi. Zəng səsi. Dəmiryol zəngi. Yanğın maşını zəngi. - Davamlı bir...
|
ZƏNGÇALAN (ID - 44744)bax zəngçi.
|
ZƏNGÇİ (ID - 44745)is. Vəzifəsi kilsə zəngini vurmaqdan ibarət olan kilsə xidmətçisi; zəngçalan.
|
ZƏNGÇİÇƏYİ (ID - 44746)is. bot. Zəngvari çiçəyi olan çiçək bitkisi. Zəngçiçəyinin zərif, açıqçəhrayı yarpaqları olur.
|
ZƏNGÇİÇƏKLİLƏR (ID - 44747)cəm bot. Bitişik, bəzi hallarda isə bölünmüş ləçəkləri olan bitkilər fəsiləsi.
|
ZƏNGÇİLİK (ID - 44748)is. Zəngçinin işi, vəzifəsi.
|
ZƏNGƏL (ID - 44749)is. məh. Çəkmə boğazını əvəz edən dəri və gön qunc; ketr.
|
ZƏNGİ (ID - 44750)[fars.] bax zənci.
|
ZƏNGİN (ID - 44751)sif 1. Çoxlu mal-dövləti, sərvəti, maddi vəsaiti olan, çox varlı. Zəngin ölkə. - Bu kənd böyük, zəngin bir kənd idi. N.Nərimanov. // Eyni mənada adam haqqında. Heç zənn etməm özgənin mali; Bizi zəngin qılıb edə ali. M.Ə.Sabir.
Çox... |
ZƏNGİNLƏŞDİRİCİ (ID - 44752)sif. 1. Zəngin edən, varlandıran, sərvəti artıran.
2. xüs. Süxuru zənginləşdirməyə xidmət edən. Zənginləşdirici maddələr. |
ZƏNGİNLƏŞDİRİLMƏ (ID - 44753)“Zənginləşdirilmək”dən f.is.
|
ZƏNGİNLƏŞDİRİLMƏK (ID - 44754)məch. 1. Zəngin edilmək, daha da varlandırılmaq.
Artırılmaq, gücləndirilmək. |
ZƏNGİNLƏŞDİRMƏ (ID - 44755)“Zənginləşdirməkdən f.is.
|
Bu səhifə dəfə baxılıb