İzahlı lüğət

ZƏNCİRLƏMƏK

f . 1. Zəncir vurmaq,
zəncirlə bağlamaq. iti zəncirləmək. - Piri kişi qara köpəyi heç vaxt zəncirləmirdi. Axundov.
məc. Boğmaq, hərəkət etməyə, fəaliyyət göstərməyə imkan verməmək. Din və məzhəb yoxsulları zəncirləyib ağalara və sərvətdarlara qul etmək üçün yaradılmışdır. Axundov. Qanun var ki, zəncirləmiş ruhu, dili, həvəsi. N.Rəfibəyli.
məc. Özünü bir işə və ya şeyə bağlamaq, əl-ayağını bağlamaq. [Aslanın] bir fikri vardısa, o da qardaşını evləndirməkdi. Lakin Fərhad həmişə eyş-işrətdə olduğu üçün özünü hələ zəncirləmək istəməyib Aslanın sözlərini rədd edirdi. C.Cabbarlı.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed