
ZÜMRÜDGÖZLÜ (ID - 45306)sif. şair. Yaşılgözlü, gözləri yaşıl.
|
ZÜMRÜDÜ (ID - 45307)sif. Zümrüd kimi, zümrüd rəngində, yamyaşıl.
|
ZÜMZÜMƏ (ID - 45308)is. [ər.] Ahəstə səslə, pəsdən, özü üçün oxuma, dodaqaltı oxuma. Eşitdim cavanların şirin zümzüməsini; Dinlədim layla deyən anaların səsini. Ə.Cəmil. Ötüşən quşların civiltili nəğməsi, büllur suların şirin zümzüməsi,...
|
ZÜMZÜMƏLƏMƏK (ID - 45309)f Zümzümə etmək, dodaqaltı oxumaq, nəğmə oxumaq. // Məc. mənada. Dağlardan əsən meh əbasını yellədikcə xoşlanır, dodağının altında zümzümələyirdi. S.Rəhman.
|
ZÜMZÜMƏLİ (ID - 45310)sif. Zümzümə ilə oxuyan; təranəli, ahəngli. Çalxanır dəryalar, çığırışır qazlar; Zəm-zəm zümzüməli göllərin, dağlar! Aşıq Ələsgər. ..Səhərə qədər çayın və bulaqların zümzüməli suları baş alıb hara isə gedir....
|
ZÜNNAR (ID - 45311)is. [ər.] Xristian keşişlərinin ibadət zamanı bellərinə bağladıqları ucları aşağı sallanan sərt qurşaq (klassik şeirdə xristianlıq rəmzi kimi işlənmişdir). □ Zünnar bağlamaq klas. - müsəlmanlıqdan dönmək, xaçpərəst...
|
ZÜRAFƏ (ID - 45312)is. [ər.] zool. Boynu çox uzun və qabaq ayaqları dal ayaqlarından uzun, gövşək Afrika heyvanı. Zürafə boynuna bənzərdi boynu; Məğrur, ədalı bir duruşu vardı. H.Cavid. Hacının gözünə görünmək istəyən yüzlərcə yaltaq ziyalılar...
|
ZÜRRİYYƏT (ID - 45313)is. [ər.] klas. Övlad, nəsil, soy. [Şah:] Məndən sonra mal-dövlətimə .. sahib olacaq bir zürriyyətim yoxdur. “Lətif şah” . [Səlim bəy:] ..Mirzənin, budur, saqqalı düşüb qurşağına, amma zürriyyəti yoxdur. Ə.Haqverdiyev.
|
ZÜYÜLDƏMƏ (ID - 45314)“Züvüldəmək”dən f.is.
|
ZÜVÜLDƏMƏK (ID - 45315)bax züyüldəmək2.
|
ZÜYYAR (ID - 45316)bax zəvvar. Züvvarları gözləyənlər gözlərini haman tüstü tərəfə tutub, səbirsiz gözləməkdə və söhbət etməkdə idilər. T.Ş.Simurq. Yaxşı, a kişi, axır sabah-biri gün züvvarlar çıxırlar. C.Məmmədquluzadə.
|
ZÜY1 (ID - 45317)is. Nəfəslə çalınan musiqi alətlərində səsi əsas alətin ahənginə uyğunlaşdırma, onun çaldığı havanı təkrar etmə. □ Zü(y) tutmaq (getmək) - 1) çalınan havanı təkrar etmək, səsi onun ahənginə uyğunlaşdırmaq (nəfəslə...
|
ZÜY2 (ID - 45318)is. 1. Sürüşmək üçün buz meydança.
2. Xizək ilə buz meydançada sürüşmə. Züy getmək (buz üzərində sürüşmək). |
ZÜYÇÜ (ID - 45319)is. Zumaçalanın yanında züy tutan çalğıçı. Züyçü züy tutar, zurnaçı zurna çalar. (Ata. sözü).
|
ZÜYÇÜLÜK (ID - 45320)is. 1. Züyçünün işi, peşəsi.
2. məc. Öz fikri olmayıb başqasının fikrini, sözlərini təkrar və ya müdafiə etmə. |
ZÜYTUTAN (ID - 45321)bax züyçü.
|
ZÜYÜLDƏMƏ1 (ID - 45322)“Züyüldəmək1”dən f.is.
|
ZÜYÜLDƏMƏ2 (ID - 45323)“Züyüldəmək2”dən f.is.
|
ZÜYÜLDƏMƏK1 (ID - 45324)f. dan. Sürüşmək. Lotu dinməz-söyləməz minbərdən züyüldüyüb düşür yerə. C.Məmmədquluzadə. [Dərviş:] Ruqiyyə ilan kimi iki qolumun arasından züyüldəyib çıxdı. A.Divanbəyoğlu.
|
ZÜYÜLDƏMƏK2 (ID - 45325)f. Züyültü səsi çıxarmaq, ağlamaq, inləmək.
|
ZÜYÜLDƏTMƏ (ID - 45326)“Züyüldətmək”dən f.is.
|
ZÜYÜLDƏTMƏK (ID - 45327)icb. Ağlatmaq, züyüldəməsinə səbəb olmaq.
|
ZÜYÜLTÜ (ID - 45328)is. 1. Züyüldəmək işi, körpə uşağın ağlamaq səsi, ağlaması. // İnilti.
2. İti gedən, sürüşən şeyin çıxardığı səs; vıyıltı. Minalar züyültü ilə süzüb gələrək sağda-solda partlayır, .. güllələr cır arılar... |