
ZÜY1is. Nəfəslə çalınan musiqi alətlərində səsi əsas alətin ahənginə uyğunlaşdırma, onun çaldığı havanı təkrar etmə. □ Zü(y) tutmaq (getmək) - 1) çalınan havanı təkrar etmək, səsi onun ahənginə uyğunlaşdırmaq (nəfəslə çalınan musiqi alətində); // məc. müşayiət etmək, bərabər çalmaq. Züy tutur gecələr suların səsi; Bur-da çobanların zil şikəstəsi. S.Vurğun; 2) məc. öz fikri olmayıb başqasının fikrini, sözlərini təkrar və ya müdafiə etmək.
Paylaşın - Hamı bilsin
|