İzahlı lüğət

ZÖHD (ID - 45256)

is. [ər.] klas. Dinin qadağan etdiyi şeylərdən çəkinərək vaxtını ibadətə sərf etmə; pəhrizkarlıq (bəzən “zöhd və təqva” , “zöhdü təqva” şəklində işlənir). Mey gətir, saqi, məni qurtar nəmazü rövzədən; Kim,...

ZÖHR (ID - 45257)

is. [ər.] Günorta. Elə isə sabah zöhr zamanı məni Qəsafə cameyinin qarşısında gözləyin. M.S.Ordubadi. Günortaya yaxın zöhr namazının vaxtı olduğu üçün qaladan azan səsi eşidilərdi. H.Sarabski.

ZÖHRƏ (ID - 45258)

is. [ər.] 1. astr. Günəş sisteminə daxil olan yeddi ulduzdan biri və bütün görünən ulduzların ən parlağı; Karvanqıran, Venera.
2. məc. Eşq ilahəsi (klassik poeziyada adətən gözəllik rəmzi kimi “Zöhrə ulduzu” şəklində...

ZÖHRƏOTU (ID - 45259)

is. bot. Qarşı-qarşıya yerləşmiş yarpaqları olan çoxillik zəhərli bitki (yarpaqlarından və gövdəsindən göy rəng hasil edilir).

ZÖHRƏVİ (ID - 45260)

sif [ər.] tib. Əksər hallarda cinsi əlaqə ilə keçən. Zöhrəvi xəstəlik.

ZÖKƏM (ID - 45261)

is. [ər.] Bumun daxili qişasının iltihabı nəticəsində burundan selik axma və tez-tez asqırma şəklində təzahür edən xəstəlik. Zökəm olsa əgər bizim qəhrəman; Şeir uzaqlaşar onun yanından. M.Rahim. Qızdırmadan, zökəmdən zara...

ZÖKƏMLİ (ID - 45262)

sif. və is. Zökəm olmuş, zökəm xəstəliyinə tutulmuş (adam).

ZÖVC (ID - 45263)

is. [ər.] kit. Kişi, ər. Demək, Mahmudun atası Allahın rəhmətinə vasil olandan hənuz zövq ixtiyar etməyibsən. P.Makulu.

ZÖVCƏ (ID - 45264)

is. [ər.] kit. Arvad, həyat yoldaşı, qadın. Taleyin varmış, əzizim, Jasmen! Daha dilbərdir ölən zövcəndən. H.Cavid. Getdi ağlım mənim əyyami-cavanlıq dəminə; Ki nədir, mən dözərəm zövcələrin hər qəminə... Ə.Nəzmi. [Əbdüləli...

ZÖVQ (ID - 45265)

is. [ər.] 1. Hər hansı bir xoş təəssüratdan duyulan sevinc hissi, məmnunluq hissi; ləzzət, həzz, nəşə. Sən mükafatını insanlığa xidmətində ara; Əbədi zövq, təsəllini həqiqətdə ara. A.Səhhət. Həm zövqüdür, həm cövrüdür...

ZÖVQLƏNMƏ (ID - 45266)

“Zövqlənmək”dən f.is.

ZÖVQLƏNMƏK (ID - 45267)

f Zövq almaq, ləzzət aparmaq, nəşələnmək. Vaqif yağışdan sonra təmizlənib, işıldayan otlara və çiçəklərə baxıb zövqlənirdi. Çəmənzəminli.

ZÖVQLÜ (ID - 45268)

sif 1. Yaxşı zövqü olan (bax zövq 3-cü mənada).
2. Zövq verən, nəşə verən, kef verən.

ZÖVQ-SƏFA (ID - 45269)

[ər.] bax zövq5-ci mənada. Bir ay belə zövq-səfa ilə vaxt keçirib, yazıq Əsmaya yenə bir xəbər yollamadılar. “Lətif şah” . [Kərəm:] Gəl sürək dünyanın zövqsəfasını; Boyna dolamağa qol gəlsin, gəlsin! “Əsli və Kərəm”...

ZÖVQSÜZ (ID - 45270)

ZÖVQSÜZCƏSİNƏ (ID - 45271)

zərf Zövqsüz, yaxşı zövqə, zərifliyə, incəliyə, estetik tələblərə uymaz bir surətdə. ..Bu da müharibədən əvvəl zövqsüzcəsinə və savadsızcasına çəkilmiş bir neçə səthi, boş kinofilmin verdiyi məlumatdan irəli getməmişdi....

ZÖVQSÜZLÜK (ID - 45272)

is. Yaxşı zövqün, gözəllik duyğusunun olmaması; pis zövq.

ZÖVQÜ (ID - 45273)

SƏFA bax zövq-səfa. Bayram günüdür, zövqü səfa xanələr içrə; Cananım oturmuş neçə cananələr içrə. Q.Zakir. Kimsəni görmədim zövqü səfadə; Bülbül ağlar, sünbül ağlar, gül ağlar. H.Cavid. □ Zövqü səfa çəkmək (qılmaq,sürmək)bax...

ZUBUL (ID - 45274)

is. Odun doğramaqda, bərk materialda deşik açmaqda istifadə olunan mıxça.

ZUMAR (ID - 45275)

is. məh. Qış ehtiyatı. Hamının anbarında üzümü, narına-heyvasınatan qış zumarı [var]. Mir Cəlal.

ZÜMMER (ID - 45276)

is. [alm. Summer] tex. Səs siqnalları vermək üçün radiotexnika və telefoniyada işlədilən elektrik cihazı və cihazda eşidilən qırıq səs. Telefonda zummer yoxdur.

ZUR (ID - 45277)

klas. bax zor. Bir tərəfdə görürəm qüvvəti-zur; O biri yanda bilik, fənn, şüur.. Ə.Nəzmi. Qızlara insan deyib; məxluq edir başına zur. C.Cabbarlı.

ZURNA (ID - 45278)

is. Nəfəslə çalınan boruşəkilli, ağzıgen, kəskin səsli musiqi aləti. Zurna çalmaq. - Birdən qulağıma zurna səsi gəldi. S.S.Axundov. Rəqs qurtardıqda qapıdan məşəllərin işığı görünür və zurna səsi eşidilir. Ü.Hacıbəyov....

ZURNA-BALABAN (ID - 45279)

is. Zurna və balaban. [Qarovulçu:] Odur kəndin camaatı, uşaqlıböyüklü zurna-balabanla buraya gəlirlər. Ə.Haqverdiyev. Ay ana, ay ana, bircə mənim o zurna-balabanımı bəri gətir. C.Cabbarlı. // Çalğı, kef mənasında. Çeşmələr...

ZURNA-BALABANLI (ID - 45280)

sif. Zurna və balaban çalınan (çalğılı). [Tükəz qarı:] Sənə toy lazımdır, kişi, özü də zurna-balabanlı bir toy... S.Rəhimov.

ZURNAÇI (ID - 45281)

is. 1. Zurna çalan çalğıçı. Qızı öz kefinə qoysan ya zurnaçıya gedər, ya halvaçıya. (Ata. sözü). Zurnaçılar çalmağa başlayırlar. U.Hacıbəyov. Baxışoğlu Həsən özü bir zurnaçı idi. B.Talıblı.
2. məc. Naqqal, boşdanışan,...

ZURNAÇILIQ (ID - 45282)

is. 1. Zurnaçının işi, peşəsi, sənəti.
2. məc. Uzunçuluq, boşboğazlıq, naqqallıq.

ZURNA-QAVAL (ID - 45283)

is. Zurna və qaval. Zurna-qaval səsi. - Çalma, dəxi bu zurnaqavalın işə keçməz! Bifaidədir, cəngü cidalın işə keçməz! Ə.Nəzmi. Sonra zurna-qaval çalındı, əsil toy başlandı.. M.Rzaquluzadə.

ZUBDƏ (ID - 45284)

is. [ər.] köhn. 1. Ən çox bəyənilmiş hissə.
Nəticə, xülasə.
Qaymaq.

ZUHƏL (ID - 45285)

is. [ər.] Saturn planetinin ərəbcə adı (klassik şeirdə gözəlin surəti buna bənzədilir).

ZUHUR (ID - 45286)

[ər.] Zahir olma, meydana çıxma, görünmə, çıxma. Günəşin zühuru. Ayın zühuru. - Hər zərreyi-zahirin zühuri; Bir özgəyə bağlıdır zəruri. Füzuli. [Soltanın] bu nagahani zühuru Durnada heç bir təəccüb .. doğurmadı. İ.Əfəndiyev....

ZUKUR (ID - 45287)

is. [ər. “zəkər” söz. cəmi] klas. Kişilər. Hər yerdə zükur və ünas bimaristanları olurdu ki, qərib və bikəs mərizlərə orada müalicə edibpərəstar olurdular.. M.F.Axundzadə. Dağıstan xalqının ünas tayfası sövdə eləməkdə...

ZULAL (ID - 45288)

is. [ər.] 1. Saf, sərin, dadlı su (klassik şeirdə adətən təmizlik, saflıq rəmzi kimi işlənmişdir). Şəfayi-vəsl qədrin hicr ilə bimar olandan sor; Zülali-zövq şövqün təşneyi-didar olandan sor. Füzuli. Xurşidim, xavərim, hilalım...

ZULALİ (ID - 45289)

sif [ər.] biol. Zülala aid olan, zülaldan ibarət olan. Zülali birləşmələr. Zülali maddələr.

ZULAM (ID - 45290)

[ər. zəlam] klas. 1. Bax zülm.
2. Bax zülmət. Ətraf zülam içində yeksər; Göylərdə görünməyir bir əxtər. A.Şaiq.

ZÜLF (ID - 45291)

is. [fars.] şair. Saç (xüsusilə üzün iki tərəfində sallanan tellər). Təbriz üstə Marağa; Zülfün gəlməz darağa; Axtarıram yarımı; Düşüb soraq-sorağa. (Bayatı). O şahmar zülfləri, tel güləbatın; Necə oldu, ay qabağı nigarın?...

ZULFLU (ID - 45292)

sif. Zülfü, zülfləri olan. Pərişan zülflü gözəl.

ZULM (ID - 45293)

is. [ər.] Ədalət və insafa zidd olan hal və hərəkət, güclünün gücsüzə qarşı göstərdiyi amansız təzyiq, haqsızlıq, insafsızlıq, ədalətsizlik, cəfa. Ya zalım zülmdən əl çəkməlidir, ya da məzlum zülmə qatlanıb, öz idrakının...

ZÜLMAT (ID - 45294)

bax zülmət.

ZÜLMATLI (ID - 45295)

bax zülmətli. Vərəmli, zülmatlı zindan görünür; Hər gül bir zəhərli tikan görünür. M.Rahim.

ZÜLMƏT (ID - 45296)

is. [ər.] 1. Qaranlıq. Axşamdır, gün batmış, şəfəq saralmış; Çölə zülmət çökmüş, hava qaralmış. A.Səhhət. Çıraq ol! Nurunu artır günbəgün; Hər yerdə həyatın boğ zülmətini.. B.Vahabzadə. Zülmət çökdü, gecə gəldi;...

ZÜLMƏTXANA (ID - 45297)

is. [ər. zülmət və fars. ...xanə] klas. Qaranlıq yer. Yatıbsan, oyan, dağlar! Al-yaşıl boyan, dağlar! Bura zülmətxanadır; Necədir o yan, dağlar! (Bayatı). Çiraği-şəb mənə bəsdir, ciyərdə şöləyi-dağın; Bihəmdüllah ki, zülmətxaneyi-könlüm...

ZÜLMƏTLİ (ID - 45298)

sif Qaranlıq. Sən gözləmirmisən yaşamaqdan çox il hələ; Zülmətli yollar içrə gəzirsən neçin belə? A.Səhhət. Həcər bir az da gedib zülmətli bir meşəyə qovuşdu. S.Rəhimov.

ZÜLMKAR (ID - 45299)

is. [ər. zülm və fars. ...kar] Zalım, zülm edən, müstəbid. Əzəl fürsət bizdə idi həmişə; indi fürsət zülmkara düşübdü. “Lətif şah” . Bəy çox xəsis və zülmkar idi. Ə.Sadıq.

ZÜLMKARCASINA (ID - 45300)

zərf Zalımcasına, insafsızcasına, amansızcasına.

ZÜLMKARLIQ (ID - 45301)

is. Zülm etmə, zalımlıq etmə, zülmkarlara xas olan hal və sifət. Deyirlər, məclislərdə mənim zülmkarlığımdan danışırsan. “M.N.lətif.”

ZÜLÜM (ID - 45302)

sif. [ər. zəlum] klas. 1. Həddindən artıq zülm edən, haqsızlıq edən, qəddar, çox zalım.
2. Zülm. Cahan, cahan deyil daha, züluma aşiyanədir; Qalıbsa ədlü rəhmdən boş ad, o da fəsanədir. C.Cabbarlı.

ZÜLÜM-ZÜLÜM (ID - 45303)

zülüm-zülüm ağlamaq - acı-acı ağlamaq, zar-zar ağlamaq. ..Bir maral yerə uzanıb gözlərinin yaşını abineysan kimi tökür, zülüm-zülüm ağlayırdı. (Nağıl).

ZÜMRƏ (ID - 45304)

is. [ər.] 1. Silk, ictimai təbəqə, sinif. Ziyalı zümrəsi. - Mirzə Səməd şəhər məktəbini qurtarıb iyirmi yaşından etibarən məmur zümrəsinə daxil olmuşdu. Çəmənzəminli. Bu qəzet [“Qamusul-əxbar” ] nə bir siyasi firqənin,...

ZÜMRÜD (ID - 45305)

[ər.] 1. is. Yaşıl rəngli qiymətli daş.
Sif. mənasında. Zümrüddən qayrılmış. Zümrüd bilərzik. Zümrüd üzük qaşı. - [Qızlar] zümrüd və almaz xalxalları topuqlarına bağladılar. M.S.Ordubadi.
Sif. mənasında. Yamyaşıl,...

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed