ZULALis. [ər.] 1. Saf, sərin, dadlı su (klassik şeirdə adətən təmizlik, saflıq rəmzi kimi işlənmişdir). Şəfayi-vəsl qədrin hicr ilə bimar olandan sor; Zülali-zövq şövqün təşneyi-didar olandan sor. Füzuli. Xurşidim, xavərim, hilalım sənsən; Şəkərim, şərbətim, zülalım sənsən. M.V.Vidadi. Qorxuram soluxa bu gül yanağın; Ey ləbi zülalım, sən ağlayanda. Molla Cümə.
2. biol. kim. Canlı orqanizmlərin ən mühüm tərkib hissəsi olan mürəkkəb üzvi maddə. Qarğıdalı dənində 9-10 faiz zülal və 6 faiz yağ vardır. Paylaşın - Hamı bilsin
|