İzahlı lüğət

ZƏHƏNDƏ (ID - 44606)

sif. və is. dan. Diliacı, zəhləaparan, zəhlətökən, qabadanışan, kobud (adam). Zəhəndə adam. Zəhəndənin biridir.

ZƏHƏR (ID - 44607)

is. [fars.] 1. Canlı orqanizmi zəhərləndirə bilən maddə; ağı. ilan zəhəri. Öldürücü zəhər. Zəhər vermək (zəhərləmək). □ Zəhər yemək - özünü öldürmək üçün zəhər içmək. // məc. Çox acı şey haqqında. Bu dərman...

ZƏHƏRLƏMƏ (ID - 44608)

“Zəhərləmək”dən f.is.

ZƏHƏRLƏMƏK (ID - 44609)

f 1. Ağılamaq, zəhərlə təsir etmək, zəhər vermək, zəhər içirmək, zəhər verib öldürmək, zəhərli maddələrlə öldürmək, qırmaq. Qazla zəhərləmək. - Qapıda bağlanmış itin səsi çıxmayırdı. Deyəsən, onu casus zəhərləmişdi....

ZƏHƏRLƏNMƏ (ID - 44610)

“Zəhərlənmək”dən f.is. İnsan çox [spirtli içki] içdikdə orqanizmdə zəhərlənmə əlamətləri görünür.

ZƏHƏRLƏNMƏK (ID - 44611)

f . Bədənə zəhərli bir şey daxil olmaq nəticəsində xəstələnmək və ya ölmək. Balıqdan zəhərlənmək. Göbələkdən zəhərlənmək. - Havada mığmığa sancır insanı; Dönüb zəhərlənir insanın qanı. S.Vurğun.

ZƏHƏRLƏTMƏ (ID - 44612)

“Zəhərlətmək”dən f.is.

ZƏHƏRLƏTMƏK (ID - 44613)

icb. Zəhər verdirmək, zəhər verdirib öldürmək. İti zəhərlətmək. Siçanları zəhərlətmək.

ZƏHƏRLƏYİCİ (ID - 44614)

sif Zəhərlənmə əmələ gətirən, zəhərlənməyə səbəb olan, zəhərləndirib öldürən. Zəhərləyici maddələr. Zəhərləyici qazlar.

ZƏHƏRLİ (ID - 44615)

sif. 1. Zəhəri olan; zəhərləndirici, ağılı. Zəhərli qaz. Zəhərli maddə. - [Naşadda] zəhərli bir əqrəb xasiyyəti vardır. S.Hüseyn. İçərimdə zəhərli ilan kimi bir acıq və kin qıvrılırdı. M.Ibrahimov. Ovçunu sanki yeddi...

ZƏHƏRLİLİK (ID - 44616)

is. Zəhərli şeyin halı, keyfiyyəti, xassəsi, zəhərləmə qabiliyyəti.

ZƏHƏRSİZ (ID - 44617)

sif. Zəhəri olmayan, ağısız.

ZƏHƏRSİZLƏŞDİRİCİ (ID - 44618)

sif. kim. Zəhəri, zəhərin təsirini yox edən, zəhərdən təmizləyən. [Nişasta lüabı] yandırıcı, yeyici maddələrlə və yodla zəhərləndikdə zəhərsizləşdirici maddə kimi istifadə edilir. R.Əliyev.

ZƏHƏRSİZLİK (ID - 44619)

is. Zəhərsiz şeyin halı, xassəsi, keyfiyyəti.

ZƏHİR (ID - 44620)

is. [ər.] köhn. Yardımçı, köməkçi, arxa.

ZƏHLƏ (ID - 44621)

zəhləsini aparmaq (tökmək) - təngə gətirmək, bezikdirmək, usandırmaq. Mərdlərə can sadağa; Zəhləmi bədzat aparar. Aşıq Ələsgər. Balaca uşaqların səsiküyü adamın zəhləsini aparır. C.Məmmədquluzadə. [Zeynəb] ədəbiyyat...

ZƏHLƏAPARAN (ID - 44622)

bax zəhlətökən.

ZƏHLƏKAR (ID - 44623)

sif. bax zəhləaparan. Usta Tapdıq üzünə qonmuş zəhləkar bir milçəyi qovurmuş kimi əlini yuxarı qaldırıb saldı.. M.Hüseyn.

ZƏHLƏTÖKƏN (ID - 44624)

sif. Öz hərəkət və sözləri ilə adamı təngə gətirən, bezikdirən, usandıran, cana gətirən, bıqdırıcı. Ancaq zəhlətökən müştəridən yaxa qurtarmaq üçün bunun da xeyri olmadı. S.Rəhman. Həmzənin zəhlətökən küy-kələkçi...

ZƏHLƏTÖKÜCÜ (ID - 44625)

bax zəhlətökən. [Fərraş] gözlərini yumaraq zəhlətökücü bir ahənglə sözə başladı. P.Makulu.

ZƏHM (ID - 44626)

is. [fars. “səhm”dən] 1. Qorxu, vahimə, dəhşət; qorxu, vahimə, dəhşət doğuran hal, görünüş. Dəmirçioğlu baxdı ki, bu bir yekəpər, kələ-kötür adamdı, üz-gözündən zəhm yağır. “Koroğlu” . Əlipaşanın zəhmi canına...

ZƏHMƏT (ID - 44627)

is. [ər.] 1. Əmək. Zəhmətin barı. Öz zəhmətinin bəhəri. - Əgər ki yayda zəhməti əkinçinin ziyad olur; Ziyad olursa, qış günü o da o qədr şad olur. A.Səhhət. Həmin yükqaldıranlardan bircəsi işləsəydi, bu yüzlərlə adamın...

ZƏHMƏTKEŞ (ID - 44628)

[ər. zəhmət və fars. ...keş] 1. Bax əməkçi. ..işçilər xüsusi mülklərin zəhmətkeşlərə təqsim olunmasını tələb edirlər. C.Məmmədquluzadə. [Səfərəli:] Biz deyirik hamı millətlərin zəhmətkeşləri qardaşdırlar. H.Nəzərli.
2....

ZƏHMƏTLİ (ID - 44629)

sif 1. Zəhmət tələb edən, zəhmətlə başa gələn.
2. məc. Ağır. Zəhmətli iş.

ZƏHMƏTSEVƏN, ZƏHMƏTSEVƏR (ID - 44630)

is. və
sif. Zəhməti, əməyi, işləməyi sevən (adam). Tüstülənər bacalar; Ocaq üstə sac olar; Zəhmətsevər gün görər; Tənbəl hər vaxt ac olar. (Bayatı). Xalqın əksəriyyəti əkinçidir, zəhmətsevəndir. M.S.Ordubadi. Müqəddəs...

ZƏHMƏTSEVƏNLİK, ZƏHMƏTSEVƏRLİK (ID - 44631)

is. Zəhməti, işləməyi sevmə; çalışqanlıq.

ZƏHMƏTSİZ (ID - 44632)

1. sif. Zəhmət tələb etməyən, zəhmət istəməyən, asanlıqla başa gələn. Zəhmətsiz iş.
2. zərf Zəhmət çəkmədən, çalışmadan, əmək sərf etmədən. Zəhmətsiz bal yeməzlər. (Ata. sözü). Halal zəhmət ilə qazanılan çit;...

ZƏHMƏTSİZCƏ (ID - 44633)

zərf Zəhmətsiz olaraq, zəhmət çəkmədən, zəhmət sərf etmədən.

ZƏHMƏTSİZLİK (ID - 44634)

is. Zəhmət tələb etməmə, zəhmət çəkməmə.

ZƏHMLƏNDİRİLMƏ (ID - 44635)

“Zəhmləndirilmək”dən f.is.

ZƏHMLƏNDİRİLMƏK (ID - 44636)

məch. Zəhmə salınmaq, dəhşətə salınmaq; dəhşətləndirilmək.

ZƏHMLƏNMƏ (ID - 44637)

“Zəhmlənmək”dən f.is.

ZƏHMLƏNMƏK (ID - 44638)

f Zəhmi basmaq, bərk qorxmaq, dəhşətə düşmək. [Alman] bu heykəlin səsindən zəhmlənib ala-yarımçıq rusca zarıdı. Ə.Əbülhəsən.

ZƏHMLİ (ID - 44639)

sif. 1. Zəhmi olan, baxanda öz görünüşü ilə adamda qorxu doğuran, dəhşətləndirən. // Çox böyük, çox yekə, görünüşcə əzəmətli. [Nemət] sökük və zəhmli darvazaya yaxınlaşdıqda, orada “Dava vəkili cənab Baxa xüsusi...

ZƏHMLİLİK (ID - 44640)

is. Zəhmli adamın halı, sifəti, görünüşü.

ZƏHR (ID - 44641)

klas. bax zəhər. Camlər zəhrilə məmlu şəbi-hicran içdik; Eylədik tövbə əgər göz görə, pünhan içdik. Qövsi. Hələ bax sən bu münəqqidlərə, hazır dayanıb; Zəhrə döndərmək üçün gündə bizim balımızı. R.Rza.
□□...

ZƏHRİMAR (ID - 44642)

is. [fars.] Əsil mənası “ilan zəhəri” olub, aşağıdakı mənalarda işlənir: 1) zəhər, çox acı şey mənasında. Haq bilir ki, beli şallı hacılar; Zəhrimartək xalqın ağzın acılar. Q.Zakir; 2) çox pis, mənfur, xoşagəlməz...

ZƏHRİMARLANMA (ID - 44643)

dan. “Zəhrimarlanmaq”dan f.is.

ZƏHRİMARLANMAQ (ID - 44644)

f vulq. dan. Yemək, yeyib-içmək, qarnını doyurmaq (acıqla, narazılıqla deyilir). [Mirzə Səfər oğluna:] Gəl, axmaq balası, naharını zəhrimarlan! Ə.Haqverdiyev. [Rəsul:] Yumurta qabığını görsədib qışqırdı: - Bəs bunu kim zəhrimarlanıb?...

ZƏHRİMARLIQ (ID - 44645)

is. vulq. dan. Yeməyə yarar bir şey (acıq, hirs məqamında deyilir). Bu evdə bir tikə zəhrimarlıq tapılmır. □ Zəhrimarlıq etmək vulq. dan. - yemək. Bir balaca zəhrimarlıq edib evdən çıxdım.

ZƏXİRƏ (ID - 44646)

is. [ər.] köhn. Vaxtı çatanda işlənmək üçün tədarük edilib anbarda saxlanılan ərzaq şeyləri; ümumiyyətlə ərzaq, yemək şeyləri. Zəxirə işlərimiz də duanızın bərəkətindən, pis deyildir. “Mol. Nəsr.” ..Məlik Müəyyəd...

ZƏXM (ID - 44647)

is. [fars.] klas. Yara. Ey Füzuli, eylədi hər dərdə dərman ol təbib; Bir mənim zəxmimdir ancaq bulmayan mərhəm hənuz. Füzuli. Ümidim var ki, ol həmdəm; Edə zəxmidilə mərhəm. Aşıq Hüseyn. Eşqin ilə cismim yanar, tutuşar; Sanma...

ZƏİF (ID - 44648)

sif. [ər.] 1. Cismən az qüvvətli, gücsüz. Zəif adam. Zəif at. Zəif qol. - [Nadir bəy:] Məxluqatın ən şərəflisi olan insanların, hətta zəif aciz bir qarıncanın belə qanına girmək, məncə əfvedilməz bir cinayətdir. H.Cavid. //...

ZƏİFCƏ (ID - 44649)

sif Bir qədər zəif. Zəifcə işıq. Zəifcə uşaq. Zəifcə əllər. Pəncərədən zəifcə işıq gəlir.

ZƏİFLƏDİLMƏ (ID - 44650)

“Zəiflədilmək”dən f.is.

ZƏİFLƏDİLMƏK (ID - 44651)

məch. Zəif salınmaq, zəif hala salınmaq.

ZƏİFLƏMƏ (ID - 44652)

“Zəifləmək”dən f.is.

ZƏİFLƏMƏK (ID - 44653)

f 1. Gücdən düşmək, qüvvətdən düşmək, əldən düşmək, halsızlaşmaq. Xəstə gündən-günə zəifləyir. - Ustanın azarı günü-gündən şiddətlənirdi; bədəni zəifləyib gücdən düşürdü. Çəmənzəminli.
2. Gücü, təsiri,...

ZƏİFLƏNDİRİLMƏ (ID - 44654)

“Zəifləndirilmək”dən f.is.

ZƏİFLƏNDİRİLMƏK (ID - 44655)

bax zəiflədilmək.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed