İzahlı lüğət

ZƏHMƏTKEŞ

[ər. zəhmət və fars. ...keş] 1. Bax əməkçi. ..işçilər xüsusi mülklərin zəhmətkeşlərə təqsim olunmasını tələb edirlər. C.Məmmədquluzadə. [Səfərəli:] Biz deyirik hamı millətlərin zəhmətkeşləri qardaşdırlar. H.Nəzərli.
2. Bax zəhmətsevən. O, çox zəhmətkeş adamdır. - Nənəcan ağıllı, işsevən, zəhmətkeş, mehriban, qeyrətli bir arvad idi. N.Nərimanov. Zəhmətkeş və hünərli gəmiçi biriki ilin ərzində yaxşıca pul qazanıb, əlavə yeni bir barkaz və iki xırdaca gəmi aldı S.M.Qənizadə.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed