ZƏHƏRLİsif. 1. Zəhəri olan; zəhərləndirici, ağılı. Zəhərli qaz. Zəhərli maddə. - [Naşadda] zəhərli bir əqrəb xasiyyəti vardır. S.Hüseyn. İçərimdə zəhərli ilan kimi bir acıq və kin qıvrılırdı. M.Ibrahimov. Ovçunu sanki yeddi il susuz qalmış zəhərli bir ilan çaldı. Ə.Məmmədxanlı. // Tərkibində zəhər maddəsi olan, zəhər qatılmış, zəhər vurulmuş. Zəhərli dərman. - Zəhərli güllələr havanı yardı; Əşrəfin evini qığılcım sardı. H.K.Sanılı.
məc. Acı, toxunan, sancan, qanqaraldan, kinli, istehzalı. Zəhərli söz. Onun zəhərli dili var. - Müəllimin sözlərində zəhərli iynələr olduğunu molla Xəlil hiss edirdi. S.Hüseyn. Zəhərli dilləri danışır duzlu; Deyillər keçmiştək çox da quduzlu. H.K.Sanılı. məc. Acı, acılayıcı. Həftələr, aylar keçir axşamlı-səhərli; Bəzən şirin, bəzən zəhərli. R.Rza. Paylaşın - Hamı bilsin
|