
ZƏHMƏTSEVƏN, ZƏHMƏTSEVƏRis. və
sif. Zəhməti, əməyi, işləməyi sevən (adam). Tüstülənər bacalar; Ocaq üstə sac olar; Zəhmətsevər gün görər; Tənbəl hər vaxt ac olar. (Bayatı). Xalqın əksəriyyəti əkinçidir, zəhmətsevəndir. M.S.Ordubadi. Müqəddəs bir aləmi var; Zəhmətsevən hər insanın. H.Hüseynzadə. Paylaşın - Hamı bilsin
|