İzahlı lüğət

ZƏHM

is. [fars. “səhm”dən] 1. Qorxu, vahimə, dəhşət; qorxu, vahimə, dəhşət doğuran hal, görünüş. Dəmirçioğlu baxdı ki, bu bir yekəpər, kələ-kötür adamdı, üz-gözündən zəhm yağır. “Koroğlu” . Əlipaşanın zəhmi canına çökdü, səbr eləməyi məsləhət gördü. Mir Cəlal. □ Zəhmi basmaq - qorxutmaq, bərk qorxuya salmaq, vahimələndirmək, dəhşətə gətirmək. Zəhmi yarılmaq - bərk qorxmaq, bağrı yarılmaq, dəhşətlənmək. Bəli, Məhəmməd də [devlərə] qoşuldu. Az zaman içində bu eləpəhlivan oldu ki, kimin meydanına girsəydi zəhmi yarılardı. (Nağıl).
2. Zəhmlə, zəhmilə şəklində - qəzəblə, hiddətlə, çox acıqlı bir halda. Cənab Bax Nemətin gözlərinə elə bir zəhmlə baxdı ki, tələbənin vücuduna titrətmə düşdü. Çəmənzəminli.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed