İzahlı lüğət

ZƏİF

sif. [ər.] 1. Cismən az qüvvətli, gücsüz. Zəif adam. Zəif at. Zəif qol. - [Nadir bəy:] Məxluqatın ən şərəflisi olan insanların, hətta zəif aciz bir qarıncanın belə qanına girmək, məncə əfvedilməz bir cinayətdir. H.Cavid. // İs. mənasında. Gücsüz, qüvvətsiz adam. Axırda zəiflər yavaşca başlayırlar əkilməyə və güclülər, yəni dəstə sahibləri qalırlar məclisdə. C.Məmmədquluzadə. [Firəngiz:] Zəiflər daima gücdən bəhs edər. H.Cavid. // Sağlam olmayan, möhkəm olmayan, cansız, arıq, xəstələnməyə mail olan. Zəif bədən. Zəif ciyər. Səhhətcə zəif uşaq. - Xasay qatarın səsini eşidincə sanki onun qoluna qüvvət gəldi. Elə bil, zəif ürəyi həmişəlik olaraq sağaldı. Ə.Vəliyev. Üzgün, əldən düşmüş, taqətsiz. □ Zəif düşmək - üzülmək, əldən düşmək, taqətdən düşmək. [Gövhər xanım:] Gör nə zəif düşmüşəm? S.S.Axundov. Zəif eyləmək (etmək)
klas. - zəiflətmək, üzmək, əldən salmaq. Dərdi-hicran ol qədr eyləmiş zəif əndamımı; Şaxi-gültək cünbüşi-badi-səbadən titrərəm. S.Ə.Şirvani. Zəif salmaq - zəifləşdirmək, əldən salmaq. Həsən bəy Zərdabi bir zaman xalqı içəridən yeyən, onun qanını soran qurdlardan danışmaqla cəmiyyəti zəif salan tüfeyliləri tapmışdı. M.İbrahimov.
məc. Zabitəsiz, qətiyyətsiz. // İradəsiz, iradə qüvvəsi çatışmayan, aciz. [Səməd] .. heç kimin qarşısında bu cür zəif və aciz olmamışdı. İ.Hüseynov.
Lazımınca nüfuzu, gücü, başqalarına təsiri olmayan. Zəif dövlətlər. Zəifhökmdar. - Bəzi kəndlərdə yoxsullar qrupu zəif idi. Mir Cəlal. Təsiri, gücü az olan. Zəifdərman. Zəif zəhər.
Qüvvəsi, gərginlik gücü, fəaliyyət gücü az olan. Zəif cərəyan. Zəif külək. Nəbzi zəif (z.) vurur. - Qazmaların və çadırların ancaq bir neçəsindən çox zəifişıq gəlirdi. Ə.Sadıq.
Az, əhəmiyyətsiz, kifayətsiz, pis. Zəif qabiliyyət. Zəifintizam. Zəifiş. Zəifyoxlama. Dili zəif (z.) bilir. Qulağı zəif (z.) eşidir. -Neyləyim, qüdrətim zəifdir hələ; Görüm təbiətin kor olsun gözü! S.Vurğun.
Öz işini, vəzifəsini layiqincə yerinə yetirə bilməyən, öz işini, sənətini yaxşı bilməyən, yaxşı işləməyən, işin öhdəsindən gəlməyən. Zəif idarə başçısı. Zəif rəhbər. // Yaxşı oxumayan, pis oxuyan. Zəif tələbə. Zəif sinif. Zəif (z.) oxumaq. Riyaziyyatdan zəifdir. - Bir tələbə dərsdən zəifolanda bütün briqada zəifsayılırdı. Mir Cəlal. // Sənətkarlıq nöqteyi-nəzərindən qeyri-mükəmməl, keyfiyyətsiz. Zəifəsər. Zəifroman. Zəifçalğıçı. Skripkaçının texnikası zəifdir. O, tarda çox zəif (z.) çalır.
□□ Zəif damar - bir şəxsin təsirə düşə bilən ən həssas cəhəti. [Naşad] Zeynalın zəif damarını yaxşı tapmışdı. S.Hüseyn. Zəif yer, zəif cəhət - nöqsan, çatışmazlıq. ...Ovçu 'dostumun da bir zəif cəhəti var idi. M.Rzaquluzadə. Baxış bəyin bir zəif cəhəti vardı: çox şorgöz idi. Ə.Abasov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

ZE

ZOR

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed