İzahlı lüğət

ZƏHƏRLƏMƏK

f 1. Ağılamaq, zəhərlə təsir etmək, zəhər vermək, zəhər içirmək, zəhər verib öldürmək, zəhərli maddələrlə öldürmək, qırmaq. Qazla zəhərləmək. - Qapıda bağlanmış itin səsi çıxmayırdı. Deyəsən, onu casus zəhərləmişdi. M.Hüseyn. □ Özünü zəhərləmək - zəhər qəbul edib özünü öldürmək, özünü öldürmək üçün zəhər içmək. Xanım knyaginyanın gəlməyəcəyini eşidər-eşitməz şkafın yanına yüyürüb özünü zəhərləmək istədi. M.S.Ordubadi. // məc. Acı, zəhərli söz deyərək, qəlbini incitmək, son dərəcə kədərləndirmək, acılamaq. Zəhər və ya zəhərli maddə qatmaq. Havanı zəhərləmək. Düşmən quyuların suyunu zəhərlədi. Zəhər və yaxud zəhərli maddənin təsiri ilə xəstələndirmək, xəstələnməsinə, pozulmasına, xarab olmasına səbəb olmaq. İçki ilə bədənini zəhərləmək.
məc. Korlamaq, xarab etmək, pozmaq, çox pis təsir etmək. Kefini yaman zəhərlədilər. - [Ceyran:] Bu qadın mənim həyatımı zəhərləmişdi. S.Hüseyn.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed