
ZIQQILDAMAQ (ID - 44906)f . Zarımaq, inildəmək, sızıldamaq, zarıldamaq. Kosa qocalıb əldən düşmüş xəstə qarı kimi zıqqıldadı. S.Rəhimov. ..Məmmədhüseynin arxası yerə dəyəndə çox yemiş ayı kimi zıqqıldadı və qışqırdı. Mir Cəlal.
|
ZIQQILTI (ID - 44907)is. Zıqqıldama səsi, inilti, zarıltı.
|
ZIQQINMAQ (ID - 44908)bax zıqqanmaq.
zıqqına-zıqqına bax zıqqana-zıqqana. Bir uşaq da mollanın qabağında diz çöküb, zıqqına-zıqqına dərs oxuyurdu. P.Makulu. |
ZILĞA (ID - 44909)is. məh. 1. Quşun yeni yumurtadan çıxmış tüksüz balası; ətcəbala. Gözünün önündə qara, boz ilan; Girib yuvasına, edərdi talan; Körpə balaları udardı diri; Qalmazdı salamat zılğanın biri. H.K.Sanılı. Onun dişsiz ağzı zılğa...
|
ZILX (ID - 44910)is. məh. Çuğundur.
|
ZILXA (ID - 44911)zərf məh. Tamamilə, bütün, başdan-başa, səlt. Bu ət zılxa yağdır.
|
ZILIQ (ID - 44912)is. məh. Gözdən, ağızdan, burundan axan selik.
□□ Gözünün zılığını axıtmaq - bax göz. [Hacı Atakişi Tamaşaya:] Nə olub, yenə gözünün zılığını axıdırsan? Ə.Abasov. |
ZILIQLI (ID - 44913)sif. məh. Zılığı olan, zılıq axan.
|
ZIMIRTLAQ (ID - 44914)is. məh. Zığ, bataqlıq yer; yaş peyin tökülmüş yer.
|
ZINBA (ID - 44915)is. Deşik açmaq üçün əl aləti; deşikaçan.
|
ZINDIQ (ID - 44916)is. [ər.] Əsil mənası zərdüşti (kafir, dinsiz) olub, canlı dildə söyüş məqamında işlənir. [Əhməd:] ..Bu zındıq oğlu zındıqdır ki, ondan bir tük də çəkmək olmayır. N.Vəzirov.
|
ZINQ1 (ID - 44917)is. Quş ifrazatı, quş təzəyi. Toyuq zınq atdı.
ZINQ2, ZINQ-ZINQ təql. Zəngin, qumrovun çıxardığı səs. |
ZINQILDAMA (ID - 44918)“Zmqıldamaq”dan f.is.
|
ZINQILDAMAQ (ID - 44919)f . İncə zəng səsi çıxarmaq. Qumrov zınqıldadı. - Ağatlı fayton tərpəndi, zınqıldaya-zınqıldaya (z.) səs saldı. S.Rəhimov.
|
ZINQILDATMA (ID - 44920)“Zmqıldatmaq”dan f.is.
|
ZINQILDATMAQ (ID - 44921)bax zanqıldatmaq.
|
ZINQILTI (ID - 44922)is. Zəngin çıxardığı səs, incə zəng səsi. Eşitdilər birdən yeni zınqıltı; Faytonçular çox bərk qovurdu atı. H.K.Sanılı. Telefon zınqıltısı növbətçi həkim otağını doldurdu. S.Rəhimov.
|
ZINQIROV (ID - 44923)is. Heyvanların boynuna, dəfin sağanağına taxılan xırda zəng, qumrov. Tək çalınan zınqırovlar uzun-uzun guvuldar; Usandıran bir səs ilə vıyıldar. A.Səhhət. Yeridikcə dəvələr səslənən zınqırovlar; Əruzun ahəngini xatırladır...
|
ZINQIROVLU (ID - 44924)sif. Zınqırov asılmış, zınqırovu olan. Zınqırovlu keçi. Zınqırovlu dəvə. Zınqırovlu dəf. - Budur iki fayton gəlir, ikisi də zınqırovlu. C.Məmmədquluzadə. Çoxdan bəri zınqırovlu fayton görməmiş uşaqlar, ..məktəbin yanından...
|
ZINQIROVOTU (ID - 44925)bot. bax zəngçiçəyi.
|
ZIPPILTI (ID - 44926)is. dan. Bir şey yuxarıdan düşdükdə, yaxud bir yerə dəydikdə çıxan səs.
|
ZIRAN (ID - 44927)is. Oyunda axırıncı; uduzmuş partnyor.
|
ZIRI(Q) (ID - 44928)sif. və is. vulq. 1. Çox yekə və yöndəmsiz, yekəpər.
2. Qanmaz, anlamaz, qaba, kobud adam. |
ZIRILDAMA (ID - 44929)“Zırıldamaq”dan f.is.
|
ZIRILDAMAQ (ID - 44930)f . dan. Zır-zır etmək, usandırıcı bir səslə ağlamaq. [Səməd bacısına:] Ay arvad, bu xalqı nə zinhara gətirdin? Sənə demədimmi çox zarıldayıb zırıldama? B.Talıblı. // məc. Xoşa gəlməyən bir səslə ağlarcasına oxumaq....
|
ZIRILDATMA (ID - 44931)“Zırıldatmaq”dan f.is.
|
ZIRILDATMAQ (ID - 44932)icb. dan. Zırıldamağa məcbur etmək, zırıldamasına (ağlamasına) səbəb olmaq; ağlatmaq.
|
ZIRILTI (ID - 44933)is. dan. 1. Zırıldama, zır-zır ağlama. Zırıltı səsi.
2. Səs-küy, mərəkə, həngamə, dava-qalmaqal, dava-dalaş, araqarışma. Zırıltı qopmaq. - Mən də çıxıb bir yana gedərəm, beləliklə də, bu zırıltı yatıb qurtarar. M.S.Ordubadi.... |
ZIRINQ (ID - 44934)təql. Zəngin çıxardığı səs.
|
ZIRINQAZIRINQ (ID - 44935)zərf Zınqıldaya-zınqıldaya, zəng kimi zınqıldayaraq, səs sala-sala. ..Fayton .. zırınqazırınqla hərəkət edirdi. S.Rəhimov.
|
ZIRINPA (ID - 44936)is. məh. Zır-zır ağlama, zırıldama. ..Cəfərə baxıb Yusif də onun kimi başladı zırınpanı. C.Məmmədquluzadə.
|
ZIRNI, ZIRNIX (ID - 44937)is. [ər. zimiq] Bədəndə olan artıq tükləri aparmaq üçün işlədilən maddə (arsenlə kükürd xəlitəsi).
|
ZIRPI (ID - 44938)sif və is. vulq. 1. Çox yekə, çox böyük, yekəpər, yöndəmsizcəsinə iri. Şah Dəşküvar baxırdı, gördü ki, bu pəlvan elə zırpı pəlvandı ki, qabağında dağ dayanmaz. (Nağıl). [Gileygüzarov:] Mən boyda zırpı ədibi burada qoyub,...
|
ZIRPILAŞMA (ID - 44939)“Zırpılaşmaq”dan f.is.
|
ZIRPILAŞMAQ (ID - 44940)f . vulq. Çox yekələşmək, çox qabalaşmaq, yöndəmsizcəsinə iriləşmək.
|
ZIRPILIQ (ID - 44941)is. vulq. Yöndəmsizcə yekəlik, irilik, böyüklük, yekəpərlik. Zırpılığına baxma, gücü yoxdur.
|
ZIRPILTI (ID - 44942)bax zıppıltı.
|
ZIRRAMA (ID - 44943)is. və sif. Gic, sarsaq, ağıldan kəm; sözünü, hərəkətini bilməyən, zırı. Axırından şey çıxmadı, zırramanın biri idi. R.Rza. Nə qədər ki, bu zırramanın əlində imkan var, çalış, ondan istifadə et, özün isə gözdəqulaqda...
|
ZIRYAN (ID - 44944)is. Komi xalqının köhnə adı.
|
ZIR-ZIR (ID - 44945)1. təql. dan. Usandırıcı uşaq ağlaması səsi. □ Zır-zır eləmək - bax zır-zır zırıldamaq. Zır-zır zırıldamaq - zırıltı ilə ağlamaq; daim ağlamaq.
2. sif. Ağlayan. Zır-zır uşaq. |
ZIVINCA (ID - 44946)is. məh. Qolsuz isti qadın tənliyi (candonusu). Qumrunun anasından bir yadigar var idi: məxmər zıvınca. Mir Cəlal.
|
ZİBA (ID - 44947)sif. [fars.] klas. 1. Bəzəkli, zinətli, yaraşıqlı, qəşəng. Ziba nimtənəli, tikmə köynəkli; Gözləri qəmzəli, qallı sənəm, gəl! Xəstə Qasım.
2. Gözəl, göyçək. Surəti ziba sənəmlər yox demən bütxanədə; Var çox, əmma... |
ZİBALANMAQ (ID - 44948)f. Gözəlləşmək, qəşəngləşmək, daha da gözəl və qəşəng olmaq. Ala gözlər nərgisi-məstanə tək şəhlalənir; Elə ki süzgünləşir, yüz mərtəbə zibalənir. M.P.Vaqif.
|
ZİBALIQ (ID - 44949)is. Gözəllik, yaraşıqlılıq, qəşənglik. Səni bu zibalıqda; Görməyən göz gözdümü? Sarı Aşıq. Mələkdə belə hüsn olmaz, pəridə belə zibalıq; Nə gülşəndə gülü lalə, nə gərdundə məhü əxtər. Aciz.
|
ZİBƏS (ID - 44950)zərf [fars.] klas. (bəzən “ki” bağlayıcısı ilə). Kifayət qədər, qədərincə. Zibəs ki müntəzirəm ayaq sədasından; Təsəvvür eyləyirəm, bəlkə nazlı yar gəlir. S.Ə.Şirvani. Zibəs çoxdan bəri şövqündə idim mən bu...
|
ZİBİL (ID - 44951)is. 1. Evlərdə, küçələrdə və s.-də yığılaraq onları zibilləndirən tör-töküntü, tullantı. Evin zibilini süpürüb atmaq. - Bizim Cəfərin anası ev-eşiyi süpürüb, yığılan zibili evin qabağına atırdı... C.Məmmədquluzadə....
|
ZİBİLATAN (ID - 44952)is. xüs. Yığılmış zibili kənar etmək üçün qurğu, mexanizm və s.; zibildaşıyan.
|
ZİBİLÇİ (ID - 44953)is. Həyətlərin, küçələrin zibilini maşın və ya araba ilə daşıyıb aparan işçi.
|
ZİBİLÇİLİK (ID - 44954)is. Zibilçinin işi, peşəsi.
|
ZİBİLDAŞIYAN (ID - 44955)sif Həyətlərdə, küçələrdə yığılmış zibili daşıyıb aparan. Zibildaşıyan maşın.
|