ZİBƏSzərf [fars.] klas. (bəzən “ki” bağlayıcısı ilə). Kifayət qədər, qədərincə. Zibəs ki müntəzirəm ayaq sədasından; Təsəvvür eyləyirəm, bəlkə nazlı yar gəlir. S.Ə.Şirvani. Zibəs çoxdan bəri şövqündə idim mən bu həlvanın; Dedim, yaran, nolur versən bana bir payi-hürriyyət. M.Ə.Sabir.
Paylaşın - Hamı bilsin
|