.....i_l_by_id_with_comments ZILĞA sözünün izahı / ZILĞA sözünün mənası

İzahlı lüğət

ZILĞA

is. məh. 1. Quşun yeni yumurtadan çıxmış tüksüz balası; ətcəbala. Gözünün önündə qara, boz ilan; Girib yuvasına, edərdi talan; Körpə balaları udardı diri; Qalmazdı salamat zılğanın biri. H.K.Sanılı. Onun dişsiz ağzı zılğa cücə kimi açıldı. S.Rəhimov.
Quraqlıqdan sıxıntı çəkib incəlmiş. Zılğa taxıl (bitki).
Çox zəif, tək-tük tükləri olan. Onun başının tükləri təpədən yanlara qədər tökülmüş, ortası zılğa (z.) qalmışdı. S.Rəhimov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
....