
ZIRILTIis. dan. 1. Zırıldama, zır-zır ağlama. Zırıltı səsi.
2. Səs-küy, mərəkə, həngamə, dava-qalmaqal, dava-dalaş, araqarışma. Zırıltı qopmaq. - Mən də çıxıb bir yana gedərəm, beləliklə də, bu zırıltı yatıb qurtarar. M.S.Ordubadi. Həpirin yəqini idi ki, bu zırıltıdan sonra atası onun evində qalmaz, baş götürüb gedər. Mir Cəlal. [Qarı:] Bu zırıltı nədir, deyirlər hökumət dəyişilib? Ə.Əbülhəsən. □□ Zırıltı ilə - biabırçılıqla, rüsvayçılıqla. Paylaşın - Hamı bilsin
|