ZARILDAŞMAQ (ID - 44506)qarş. Zarıldamaq (hamı bir yerdə).
|
ZARILDATMA (ID - 44507)“Zarıldatmaq”dan f.is.
|
ZARILDATMAQ (ID - 44508)icb. Zarıldamağa məcbur etmək, ağlatmaq.
|
ZARILTI (ID - 44509)is. Ağrıdan, əzabdan və ya şiddətli həyəcandan insanın çıxardığı səs; inilti. Qaraca qız tamam gecəni ufultu və zarıltı ilə keçirib sübhə yaxın yuxuya getdi. S.S.Axundov. Eşikağası keçərkən zindandan Zamanın zarıltısını...
|
ZARIMA (ID - 44510)“Zarımaq”dan f.is.
|
ZARIMAQ (ID - 44511)1. Bax zarıldamaq. Xəstə zarıyır. - Sən uğursuz bir güllənin ağrılarından; Zarıyırsan pələng kimi, sinən yaralı. S.Vurğun. ..Yeni məhbus üzü üstə yerə dəyib zarımağa başladı. M.İbrahimov. // Ulamaq. Hərdənbir zarıyır...
|
ZARINCI (ID - 44512)is. məh. Çox xəstəlik çəkib zəifləmiş adam; üzgün. Qurbanıyam mən, sevərəm narıncı; Yar-yar deyib, oldum belə zarıncı. Qurbani. [Qaraxan:] Elə eləmisən ki, uşağı belə zarıncı eləmisən də. S.Rəhimov.
|
ZARITMA (ID - 44513)“Zarıtmaq”dan f.is.
|
ZARITMAQ (ID - 44514)f Zarımasına səbəb olmaq.
|
ZARI-ZARI (ID - 44515)zarı-zarı ağlamaq - bax zar-zar ağlamaq (“zar-zar” da). Mən ağlaram zarı-zarı; Bu zülmü götürməz tarı. Qurbani. Abbas ağlar zarı-zarı; Getməz könlümün qubarı... Aşıq Abbas.
|
ZARİSOVKA (ID - 44516)is. [rus.] 1. Şəkilçəkmə.
2. Şəkil, rəsm. |
ZAR-ZAR (ID - 44517)zar-zar ağlamaq (zarıldamaq) - səslə, zarıltı ilə ağlamaq, fəğan etmək. Ey Vidadi, sənin bu puç dünyada; Nə dərdin var ki, zar-zar ağlarsan? M.P.Vaqif. Rədd ol qapıdan, ağlama zar-zar, dilənçi! M.Ə.Sabir; // yanıqlı-yanıqlı,...
|
ZASTAVA (ID - 44518)[rus.] Dövlət sərhədinin müəyyən sahəsini mühafizə edən hərbi hissə, habelə bu hissənin yerləşdiyi yer, məntəqə.
|
ZAT (ID - 44519)is. [ər.] 1. Əsil, mənşə, kök, nəsil, nəsəb. Xəbər alın o namərdin zatını; Aparıbdı mərd igidin atını. “Koroğlu” . [Heydər bəy:] Zatında şübhə olanlar öz nəsəbləri üçün şəhadətnamə qayırırlar. M.F.Axundzadə....
|
ZATƏLCƏNB (ID - 44520)is. [ər.] Sətəlcəm. Əgər zatəlcənb də tutmasan, yəqin ki bir zökəm tutacaqsan. Ə.Haqverdiyev.
|
ZATƏN (ID - 44521)zərf [ər.] 1. Təbii olaraq, əslində, fitrətən, həqiqətdə, həddi-zatında olaraq. Zatən muzdurların bədənləri davamlı, ruhları qüvvətli olur. S.M.Qənizadə. Zatən qüruba da bir şey qalmamışdı. S.Hüseyn. Zatən Dilbər son zamanlar...
|
ZATIQIRIQ (ID - 44522)sif və is. dan. Nanəcib, fırıldaqçı, kələkbaz, etibarsız. Babacanın əlli cür nadürüst tanışı, zatıqırıq dostu var. Ə.Əbülhəsən.
|
ZATIQIRIQLIQ (ID - 44523)is. dan. Zatıqırıq adamın xüsusiyyəti.
|
ZATİ (ID - 44524)zərf [ər.] klas. 1. Zatında, əslində, bünövrəsində olan; anadangəlmə, fitri. Zati xasiyyət.
2. Bax zatən. |
ZATİ-ALİ (ID - 44525)is. [ər.] köhn. Yüksək rütbəli şəxslərə müraciət etdikdə və ya onların haqqında danışdıqda hörmət məqamında işlənən ifadə (çox zaman cəmdə işlənir).
|
ZAVAL (ID - 44526)is. [ər.] 1. Ziyan, zərər, təbii fəlakət, afət. Bu körpəcə meynəni qoru hər bir zavaldan; Qoy torpaqda kök salıb bərkitsin öz yerini. S.Rüstəm. // Bəla, müsibət, xətər, qorxu. Kahinlər axışından kəşf etmiş istiqbalı; Çox...
|
ZAVALLI (ID - 44527)sif 1. Dolu, istilik və s. nəticəsində zədələnmiş (ağac, bitki, meyvə və s. haqqında). Zavallı alça. Zavallı yarpaqlar.
2. Acınacaq halda olan, yazıq, biçarə, başıbəlalı, bədbəxt. Zavallı adam. Zavallı uşaq. - [Maral:] Məktəbi... |
ZAVALLILIQ (ID - 44528)is. Acınacaq halda olan adamın halı; yazıqlıq, bədbəxtlik.
|
ZAVALSIZ (ID - 44529)sif. Məhv olmaz, yox olmayan, zail olmayan; davamlı, dayanıqlı, daimi, həmişə yaşayan. // Zərf mənasında. Cəlladların başı zavalsız qalmayacaq.
|
ZAVALSIZLIQ (ID - 44530)is. Məhv olmama, zay olmama, həmişə qalma, yaşama, var olma; daimilik.
|
ZAVlYƏ (ID - 44531)is. [ər.] klas. 1. Bucaq, künc, guşə. Bundan əlavə, cəhənnəmdə qırx zaviyə var və hər zaviyədə bir ilan var və hər ilanın qarnında üç yüz otuz əqrəb var. M.F.Axundzadə.
2. Zahidin ibadətlə məşğul olmaq üçün çəkildiyi... |
ZAVIYƏNIŞIN (ID - 44532)is. [ər. zaviyə və fars. ...nişin] 1. köhn. din. Zaviyədə (2-ci mənada) oturub ibadətlə məşğul olan adam; münzəvi.
2. məc. Tənha yerdə oturub dışarı çıxmayan adam haqqında. O, lap zaviyənişin olub. |
ZAVİYƏNİŞİNLİK (ID - 44533)is. 1. köhn. din. 1. Zaviyədə (2-ci mənada) oturub ibadətlə məşğul olma; münzəvilik.
2. məc. Tənha yerdə oturub dışarı çıxmama. |
ZAVKOM (ID - 44534)is. [“zavod komitəsi” nin ixtisarı] köhn. Həmkarlar ittifaqının zavod komitəsi. Zavkom iclası. // dan. Bu komitənin sədri. [Gülbahar:] Yenə bilməyirəm bu zavkom(dan) .. nə istəyirsən. H.Nəzərli. Zavkom mehriban və arxayın ifadə...
|
ZAVOD (ID - 44535)[rus.] İri sənaye müəssisəsi. Şəkər zavodu. Metallurgiya zavodu. Şüşə zavodu. Kənd təsərrüfatı maşınları zavodu. Zavod bacası. - Eldarın fikrinə görə, fabrik, zavodlarda və istehsalatda faydalı bir surətdə çalışa bilmək...
|
ZAVODÇU (ID - 44536)is. köhn. dan. Zavod sahibi. Bu qədər pul ancaq xozeynlərdə olur, zavodçularda olur. S.M.Qənizadə.
|
ZAVODÇULUQ (ID - 44537)is. Zavod işləri ilə məşğul olma, zavod saxlama.
|
ZAVODYANI (ID - 44538)sif Zavodun yanında olan, zavodun ətrafında olan. Zavodyanı sahə. Zavodyanı təsərrüfat.
|
ZAY (ID - 44539)[ər. “zaye”dən] Heç, puç; tələf olmuş, korlanmış, puç olmuş, hədər olmuş. Öküzün taydı, işin zaydı. (Ata. sözü). □ Zay eləmək (etmək) - puç etmək, korlayıb heç eləmək. Göndər gəlsin Ələsgərin xələtin; Etmə...
|
ZAYE (ID - 44540)[ər.] klas. bax zay. □ Zaye etmək (eyləmək) - b a x zay etmək (eləmək)
(“zay” da). Vəchindəki bənzər ay olar zaye; Verdilər ömrümü, ay olar zaye. M.P.Vaqif. [Molla İbrahimxəlil:] Mən sizə yaxşılıq etməkfikrindəyəm, siz... |
ZE (ID - 44541)“Z” hərfinin və bu hərflə işarə olunan samitin adı.
|
ZEBR (ID - 44542)[fr.] zool. Dərisi zolaq-zolaq olan Afrika vəhşi atı.
|
ZEBÜ (ID - 44543)is. [fr.] zool. Çiyin sahəsində donqarı olan qaramal növü. Lənkəran sahəsində buynuzlu mal-qaranın xüsusi növü olan zebu bəslənir.
|
ZEFIR (ID - 44544)[yun. zerhyros] 1. Eşilmiş, ağardılmış iplikdən toxunmuş zərif pambıq parça növü. 2. Yüngül meyvə pastilası (şirniyyat növü). Şokoladlı zefir.
|
ZEH (ID - 44545)is. [fars.] 1. Yay kirişi. Kamanın zehi.
2. Paltar və s.-nin qırağına tikilən qaytan, köbə, haşiyə. Paltarın kənarına zeh tikmək. // Səhifənin ətrafına çəkilən haşiyə, cizgi. Kitabın vərəqinə zeh çəkilir. // Pəncərənin,... |
ZEHİN (ID - 44546)is. [ər.] 1. İnsanda düşünmə, anlama və yaddaş qabiliyyəti; dərrakə, istedad. Bu uşağın yaxşı zehni var. Onun heç zehni yoxdur. - [Ağa Bəşir:] Ağa, maşallah sizin zehninizə və fərasətinizə! M.F.Axundzadə. // Hafizə, yaddaş,...
|
ZEHİNLİ (ID - 44547)sif. Yaxşı zehni, yaddaşı, hafizəsi, istedadı olan; dərrakəli, istedadlı. Zehinli tələbə. - Sona .. dərk etmək qabiliyyətinə malik, zehinli bir qız idi. Ə.Əbülhəsən.
|
ZEHİNLİLİK (ID - 44548)is. Yaxşı zehni, hafizəsi, istedadı olma.
|
ZEHİNSİZ (ID - 44549)sif. Zehni olmayan, qavrayış qabiliyyəti zəif olan; key, küt.
|
ZEHİNSİZLİK (ID - 44550)is. 1. Zehinsiz adamın halı; hafizəsizlik, istedadsızlıq; keylik, kütlük.
2. Hafizəsizlik, xatirdə saxlaya bilməmə. |
ZEHLİ (ID - 44551)sif. Zehi olan, kənarında haşiyəsi olan. Zehli kitab. Zehlipəncərə. Zehli divar.
|
ZEHNİ (ID - 44552)sif. [ər.] Zehin, ağıl, beyinlə əlaqədar olan. Zehni əmək.
|
ZEHNİAÇIQ (ID - 44553)sif. Açıq düşüncəli, aydın fikirli, tez anlayan, çox dərrakəli. Zehniaçıq adam.
|
ZEHNİAÇIQLIQ (ID - 44554)is. Düşüncəlilik, dərrakəlilik, tez anlama.
|
ZEHNİYYƏT (ID - 44555)is. [ər.] İnsanın öz zehninə görə həyat və varlıq haqqında fikirləri, dünyagörüşü. [Səlim:] Müasir bir adam olmaq üçün yalnız şəklimizi dəyişmək kifayət etməz. Bir az ruhumuzu və zehniyyətimizi də dəyişmək lazım gələcəkdir....
|
Bu səhifə dəfə baxılıb