ZAVALLIsif 1. Dolu, istilik və s. nəticəsində zədələnmiş (ağac, bitki, meyvə və s. haqqında). Zavallı alça. Zavallı yarpaqlar.
2. Acınacaq halda olan, yazıq, biçarə, başıbəlalı, bədbəxt. Zavallı adam. Zavallı uşaq. - [Maral:] Məktəbi bitirmək üzrə ikən zavallı babam tərki-həyat etdi. H.Cavid. Mən ürəyimdə heyifsiləndim ki, zavallı qızı məktəbdən məhrum edəcəklər. T.Ş.Simurq. O, insanın arıq, zəif üzünə, ağarmış saçlarına baxır və bu zavallı arvadın nə qədər böyük əzablarla yaşayıb bu yaşa dolduğunu düşünürdü. S.Rəhman. // İs. mənasında. Zavallı bu kənddə özü [Telli] kimi qərib və adamsız idi. S.Hüseyn. Zavallının iztirabı artmışdı və üz-gözü qıpqırmızı olmuşdu. B.Talıblı. [Duma:] İncə, sənin bu sözlərin Aydəmirçin çox ağır. Zavallını məhv edər. C.Cabbarlı. Bilmirlər zavallının qədrini, qiymətini; Duymurlar qəlbindəki böyük məhəbbətini. S.Rüstəm. zavallı-zavallı zərf Yazıq-yazıq, məzlumməzlum. [Kərəm:] Xan Əslim bağça içində; Gəzər zavallı-zavallı. “Əsli və Kərəm” . Paylaşın - Hamı bilsin
|