İzahlı lüğət

ZATƏN

zərf [ər.] 1. Təbii olaraq, əslində, fitrətən, həqiqətdə, həddi-zatında olaraq. Zatən muzdurların bədənləri davamlı, ruhları qüvvətli olur. S.M.Qənizadə. Zatən qüruba da bir şey qalmamışdı. S.Hüseyn. Zatən Dilbər son zamanlar tez-tez xəstələnirdi. C.Cabbarlı.
2. ara söz mənasında. Daha doğrusu, əslinə baxanda, əslində. Zatən, o haqlıdır. Zatən, deyəcək sözüm də yoxdur. - Zeynal səbəbini söyləyə bilməyəcəkdi. Zatən, buna lüzum da yox idi. S.Hüseyn. Qurbanqulu həmişə xalqın xeyirxahı hesab olunardı. Zatən də belə idi. T.Ş.Simurq. Buradakıların hamısı, zatən, həbəşi vəhşi zənn edərək ondan başqa bir hərəkət də ummurdular. Çəmənzəminli.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed